Dünya ölkələrində maraqlı vaxt anlayışları - Vaxtında gəlmə, ayıb olar

Müəllif: YalniZ-ArZu
Şərhlər: 2
Baxılıb: 283
Səs ver:
(səs: 0)
Dünyanın bir çox ölkələrində görüşlərə, tədbirlərə, məclislərə gecikmək etiket qaydalarına zidd olsa da, bunun əksi olan, 30-40 dəqiqə gecikməyin mütləq sayıldığı ölkələr də var. Məsələ mədəniyyətlər arasındakı fərqdədir.

Bu barədə Thewallmagazine.ru- da məqalə yayımlanıb.

Qadinla.com bildirir ki, 1990-cı ildə amerikalı antropoloq, mədəniyyətlərarası tədqiqatçı Edvard Holl monoxrom və polixrom mədəniyyətlər bölgüsü barədə məqalə dərc etdi.

O, operativlik və hər şeyin öz vaxtında olması lazım olduğunun Amerika həyatında yüksək qiymətləndirildiyini deyirdi. Burada tələsməyən insanlar məsuliyyətsiz insanlar kimi qəbul edilirlər.

Monoxrom mədəniyyətlərdə vaxt - düz istiqamətdə atılan və bir hissəni müxtəlif parçalara bölən oxdur. Bu barədə Aristotel hələ eramızdan əvvəl IV əsrdə yazıb. Bu cür yanaşma ABŞ, Almaniya, Böyük Britaniya, Skandinaviya ölkələrində yayılıb, hansısa işi müəyyən olunan vaxtda görülməsi mütləq şərtdir. Bu mədəniyyətə sahib insanlar planlamağı sevir və görüşlərə vaxtından tez gəlirlər.

Polixrom mədəniyyətli ölkələrə Ərəb, Asiya, Latın Amerika, cənub-qərbi Avropa ölkələri aid edilir. Bu ölkələrdə görüşə 35 dəqiqə gecikmək problem sayılmır.

İslandiyada bu mövzuda suallara bir cavab var - "Þetta reddast" (Hər şey öz-özünə həll olar). Nəyəsə qərar vermək istəməyəndə islandlar belə deyir. Onlar sizin sənədlərinizdə nəyisə səhv salıblarsa, görüşü ləğv ediblərsə, sizin haqda unudublarsa, bu, normaldır.

Vyetnamlıların sevimli sözü "sabah"dır. Onlar tələsmədən yaşayırlar, punktual olmasalar da, pozitivdirlər. Polixrom mədəniyyətlərdə həyat özü insanı lazımi məqsədə, lazımi məkana aparır.

Ərəblərdə bu, ümumiyyətlə başqa cür qurulub. Onlar hər şey kimi zamanı da Allahın yaratdığına inanırlar. Onların fikrincə, ancaq o saatı idarə edir və nə olacağını bilir. Buna görə də, hansısa görüşə getmək istəmirsinizsə, onu ləğv etmək olar, Allah özü bu görüşün nə vaxt olacağını bilir, bəlkə də görüş heç baş tutmamalıdır.

Latın amerikalılar da zamana vecsiz yanaşırlar. Braziliyaya getsəniz və yerlilər sizi şam yeməyinə dəvət etsələr, vaxtından tez və ya düz vaxtında getməyi heç düşünməyin, əks halda, onlar inciyəcəklər. Görüşə 30-40 dəqiqə sonra gedərək onlara hörmət etdiyinizi göstərə bilərsiniz, bu, ev sahibinə daha yaxşı hazırlaşmaq imkanı verir.

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 283
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
BARBI
Hmmm men cox deqiqem .Ne gecikmeyi ne de kimise gozletmeyi sevmirem

Hmmm men cox deqiqem .Ne gecikmeyi ne de kimise gozletmeyi sevmirem

Hmmm men cox deqiqem .Ne gecikmeyi ne de kimise gozletmeyi sevmirem

Hmmm men cox deqiqem .Ne gecikmeyi ne de kimise gozletmeyi sevmirem
11 avqust 2019 00:07
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
diablo
Həqiqi doğru düşünülübeee.08arada gecikmək də lazım09
10 avqust 2019 23:16
1
......

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri