Ölən adət-ənənələr – SOSİOLOQ YANAŞMASI

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 356
Səs ver:
(səs: 0)
Azərbaycan xalqının adət-ənənələri içərisində toy, yas mərasimlərin keçirilməsi xüsusi yer tutur. İnsanları bir araya gətirən və bir-birinə zidd olan bu iki məclisə son zamanlar yanaşma, münasibət xeyli dəyişib.

Yasda deyib-gülən, toyda kefsiz, bikef oturanları müşahidə etmək kifayətdir ki, yuxarıda yazdığımızın şahidi olasan. İş o yerə çatıb ki, hətta yas yerində ölü ilə selfi çəkdirib, sosial şəbəkələrdə paylaşırlar. İnsanları bu qədər dəyişən nədir? Hislərin ölməsi, yoxsa başqa problemlər?

Qadinla.com bildirir ki, mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu deyir ki, əvvələr toy olanda hamı sevinirdi, indi belə deyil:

"Əvvəllər toy insanları ağır iqtisadi çətinliklərlə üz-üzə qoymurdu. Hər kəs öz büdcəsinə uyğun süfrə açırdı. Çox az miqdarda pulla toyu yola vermək mümkün idi. Ən gözəl tərəfi də o idi ki, toy sahibləri düşünmürdü ki, qonaqlar bu toya nə qədər pul verəcək. Hamı yığışıb, şənlənirdi, sonda yaxın adamlar gəlinə yaylıq, bəzək əşyası bağışlayırdı. İndi elə olur ki, bir ayda 6-7 toya dəvət alırsan. Elə o toyun dəvətnaməsi gələndə insanı kədər basır. Çünki indi orta əməkhaqqı 300 manatdırsa, gərək nəsə başqa işlərlə məşğul olasan ki, toya pul yazdıra biləsən. Toya gələnədək pul məsələsi adamı elə yorur ki, artıq çənlik mərasimində insanda mənfi ovqat yaranır.

Mərasimdə ifa olunan musiqilər də ortayaşlı və yaşlı nəslin demək olar ki, zövqü ilə üst-üstə düşmür. Belə olan halda adamlar məcburən oturduqları bir ortamdan, qəlbən sevinmədikləri bir yerdən razı qala, əylənə bilməzlər".

Yas mərasimlərindəki vəziyyətə toxunan sosioloq bildirir ki, doğrudan da son vaxtlar kişilər yas çadırını az qala zarafat məkanına çeviriblər:

"Kişilərlə yasda eyni ortamda olduğumdan bu halı müşahidə edirəm. Mərasim zamanı kimisi zarafat edir, kimisi gələnlərdən birini lağ-lağaya qoyur. Buna da səbəb odur ki, insanlar arasında münasibətlər köklü dərəcədə dəyişib. Əvvəllər münasibətləri tənzimləyən aparacı xüsusiyyət mənəvi dəyərlər idi. İndi mənəvi dəyərlər arxa plana keçib".

Sosioloqun sözlərinə görə, televiyazalardakı qeyri-ciddi, "şit" verlişlər insanların xarakterinə çox təsir edib:

"Bütün günü televiziyada yüngül xarakterli verlişlər yayımlanır. Bu da bilavasitə insanların əhval və xarakterinə çox ciddi təsir edir. Şou xatirinə qeyri-ciddi, yüngül xarakterli insanları efirə çıxarmaq və məqsəd kimi yalnız güldürən verlişlərin olması cəmiyyətə əhəmiyyətli dərəcədə təsir edir.

İnsanların yasa, toya qarşı münasibətləri cılızlaşır hər şeyi adi qəbul edirlər. Ümumilikdə insanın davranışına olduğu mühit, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər mühüm təsir edir. Toy və yasda özünü aparmaq birinci növbədə insanın psixologiyasından, xarakterindən aslıdır. Mühit olaraq da görür ki, ətrafındakılar toy-yas mərasiminə adi yanaşır ki, onda da bu cür münasibət yaranır".

(səs: 0)
Şərhlər: 5
Baxılıb: 356
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
tatyana
Ölüyle selfi cekib paylaşanı heleki rast gelmemişim,amma elini qebirin baş daşına qoyub şekil celdirib paylaşanlar var
Umumiyyetle indi herşey adileşib,insanlar hissiyatsızlaşıb sanki
9 oktyabr 2019 08:13
5
ALLAHIM VERDİYİN SEBRİME ŞÜKÜRLER OLSUN
Offline
Aykam2001
adətlərə bağlı biri deyiləm ) təşəkkürlər xəbər üçün )
8 oktyabr 2019 15:08
4
“Danse comme si personne ne te regardait. Aime comme si tu n’avais jamais été blessé(e). Chante comme si personne n’écoutait. Vis comme si c’était le paradis sur terre.”
Offline
naz_vefa
yazilanlarda heqiqet var ölüm adilewib insanlar ölmü adi hal kimibilir men xatirlayram biz uuwaq olanda kende qalirdiq orda uzaq biri kendin obri bawinda yawayan biri rehmete gedirdi hec tanimirdiq kimdi 40 gun televizora baxmaqa mahiya qulaqasmaqa nenem qoymurdu bizi deyirdi ayibdi olmaz amma son zamanlarda men gorurem yaxin bir adamin ölür 7 seherei ve yaxuda ölen gunun seheri televizorda acilir mahniyada qulaq aslir heyat cox qeribedir
5 oktyabr 2019 23:48
3
sebrim seni çox sevremmm
Online
diablo
Mən öz payıma deyim ki,harda necə özümü aparmaq lazim olduğunu bilirəm.Doğru vurğulanıb yazilanlar çox insanlara aiddir.
5 oktyabr 2019 23:41
2
......
Offline
kivircik
Yazilanlarda heqiqet var. Ve chox teessuf ki,var
5 oktyabr 2019 23:23
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri