Yeni ildə niyə Şam ağacı bəzənir?

Müəllif: Diablo
Şərhlər: 9
Baxılıb: 4 019
Səs ver:
(səs: 2)
Ənənəvi olaraq bütün dünyada hər Yeni il münasibəti ilə müxtəlif görünüşdə Şam ağacları bəzədilir. Yəqinki bir çoxlarınıza maraqlı olardı ki, niyə məhz Şam ağacı?
Məlum olduğu kimi bu ənənənin kökü Avropadan gəlir. Belə ki, keçmiş zamanlarda insanlar inanırdılar ki, dünyasını dəyişən adamların ruhları ağaclarda yaşamağa başlayır.

Şam ağacı bütün il boyunca yaşıl qalır və insanlar inanırdılar ki, il boyu yaşıl qalan ağaclar Günəş tanrısının sevimli ağacıdır. Bundan başqa Şam ağacı müxtəlif növ meyvələr, çərəzlər və şirniyyatlarla bəzədilirdi.

Digər məlumata görə, şam ağacının bəzədilməsi qədim xalq inancları ilə bağlıdır. Bunun hansısa bir dinlə bağlılığı yoxdur. Xüsusi ilə şam ağacının ətrafında bu mərasimin keçirilməsi bəzi ədəbiyyatlarda və digər mənbələrdən aldığımız məlumatlara görə İsa Peyğəmbərin şam ağacının altında dünyaya gəlməsi göstərilir.
İlk şüşədən düzəldilən Şam ağacı bəzəyi isə 16-cı əsrdə Saksoniyada yaradılıb. Vaxt keçdikcə bəzəklər müxtəlif materiallardan hazırlanmağa başlanılıb.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 4 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri