Yunan toyu

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 7 202
Səs ver:
(səs: 3)
 
Yunan üslublu toy – qeyri-adi toy xəyal edən cütklüklər üçün əla variantdır. Sədaqət andını dilə gətirmək üçün Yunanıstanın ürəyi – Afina şəhərinə, ağ-mavi Müqəddəs İrina-Santorini adasına, və ya Mamma Mia müziklindən ilham alaraq, Egey dənizindəki kiçik Skopelos adasına yollanmaq olar.
Yunan toyunda gəlinlər özlərinə ampir üslubunda uzun, bəyaz gəlinliklər sifariş edir. Bu gəlinliklər gəlin obrazı ilə Qədim Yunanıstanda gözəllik və harmoniya rəmzi olan antik mərmər kolonları arasında bir bənzərlik yaradır. 
Yunan gəlinlərinin donları mütləq bəyaz olmalıdır, duvaq isə daha isti rəng çalarlarında olmalıdır – çəhrayı, narıncı, və ya sarı. Bunun öz sehrli mənası var: hesab olunur ki, əlvan duvaqlar glini cinlərdən qoruyur. 
Yunan gəlinin saç düzümü adətən hörüklərdən ibarət olur. Bir qayda olaraq, saç düzümü müxtəlif lentlər, təbii güllər və diademlə bəzədilir.
Ənənəvi olaraq, bəylər pastel tonlarında klassik kostüm, və yaxud açıq rəngli şalvarla yüngül kətan köynək geyinirlər. Əgər əvvəllər bəy obrazını dəfnə çələngi tamamlayırdısa, indi bu məqsədlər üçün şlyapalardan istifadə olunur. 

Yunan mərasiminin keçirilməsinin xüsusiyyətləri. 
Yunan adətlərinə görə, qız toyu və oğlan toyu əsas toy mərasimindən bir həftə öncə keçirilir. Əsas toy mərasimi isə 3 gün davam edir. 
Gəlinin kilsəyə gəlməsi gözəl və qeyri-adi ayindir. Gəlin kilsəyə ulaqın üstündə gəlir, üç dəfə kilsənin ətrafında dolaşır, nəhayət kilsənin girişinə yaxınlaşanda, kişik oğlan uşağını qucağına alır, üç dəfə öper və ona alma hədiyyə edir. 
Qayınatası və ya bəyin digər yaşlı qohumlarından biri gəlinə ulaqın üstündən düşməyə kömək edir və məbədin daxilinə aparır. Orada onları keşiş qarşılayır. 
Yunan toyunda iştirak edən qonaqlara bumbonyer adlanan kiçik hədiyyələr paylanılır. Bu, əsasən şirniyyat – konfet və ya şəkərli badam ola bilər.
Yunanıstanda toy süfrəsi. 

 

Yunan mətbəxi – meyvə, tərəvəz, balıq və ətdən ibarət Aralıq dənizi mətbəxidir. Bayram süfrəsində mütləq nanə, darçın, zəfəran, reyhan və rozmarin əlavələri ilə hazırlanan çörək olmalıdır. 
Ümumiyyətlə, Yunanıstanda ədviyyatlaara və ətirli otlara xüsusi yanaşma mövcuddur. Onları bütün xörəklərdə istifadə edirlər. 
İçkilərdən yunan toyunda yüngül şərablar, metaksa (brendi) və portağal likyoruna rast gəlinir. 

(səs: 3)
Şərhlər: 2
Baxılıb: 7 202
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri