Ürəkləri birləşdirən sevgi qıfılları

Müəllif: Pure Love
Şərhlər: 2
Baxılıb: 11 297
Səs ver:
(səs: 2)
Qıfılın əsas təyinatı qapıları bağlamaq olsa da, çox vaxt onlar ürəkləri birləşdirmək, bağlayaraq hər hansı simvolik məkanda (adətən körpülərdə) asmaq üçün istifadə olunur. Bu adət necə başlayıb və belə sehrli qıfılları harada əldə etmək olar?
Bugün belə körpüləri Moskvada, Kiyevdə, Xarkovda, Qrodnoda (İsveçrə), Minskdə, Odessada, və bir sıra digər şəhərlərdə tapmaq olar. Bu məhəbbət qıfıllarının tarixi kökləri çox-çox uzaqlara gedir. 
Qədimdə, gənclər evlənmək üçün evdən çıxarkən, evin kandarına qıfıl qoyurdular. Cütlük evdən çıxar-çıxmaz, qıfılı açar ilə bağlayırdılar, açarı əl çatmayan yerə atıb, qıfılı isə sülh, məhəbbət və əmin-amanlıq rəmzi olaraq ömür boyu qoruyub-saxlayırdılar. 
XX əsrdə bu qədim ənənə dirçəlməyə başladı. İlk öncə məhəbbət qıfılı ənənəsi İtaliyanın Florensiyasında yada düşdü: gənclər Ponte Vekkio körpüsündəki heykəltaraş Benvenuto Çellininin abidəsi önünə gələrək, qıfılları elə abidənin üzərinə asıb, açarları körpünün altında axan Arno çayına atırdılar. Hər il Ponte Vekkio körpüsündən 400 kq-yə qədər metall çıxarılır. Və hətta qıfılların asılmasına görə rəsmi qadağa və 50 avro dəyərində cərimə sevgililəri qorxutmur. 
Daha sonra bu ayin Romada peyda oldu. Buna səbəb Federiko Moççanın 1992-ci ildə işıq üzü görən "Səmanın üzərində 3 metr” adlı romanı oldu. Belə ki, sözü gedən romanın əsas qəhrəmanları körpüdə dayanaraq, bir-birilərini daim sevəcəklərinə söz verirlər. And içdikdən sonra, cütlük küçə fənərinə zəncir bağlayaraq, onun üzərinə qıfıl asır, açarı isə Tibr çayına atırlar. Roman işıq üzü görən kimi, Romanın tineycerləri oxşar ayinin keçirilməsi üçün Milvio körpüsünə üz tutdular. Qıfıllara qlobal meyl körpüdəki fənərin üzərinə asılmış "sevginin” çəkisi altında çökməsi ilə nəticələndi. Ona görə Roma hakimiyyəti mütəmmadi olaraq qıfılları yığışdırır. 
Tədricən bu adət hər yaşda olan cütlüklər arasında sevilərək, bütün dünyaya yayıldı. Satışda sevgililər üçün müxtəlif rəng və dizaynda xüsusi qıfıllar peyda olmağa başladı. 

Adətən belə qəfəlları evlənən cütlüklər alsa da, bəzən adi sevgililər və ya çoxdan evli olanlar da onları əldə edirlər.

 

Bütün şəhərlərin icra hakimiyyətləri vaxtaşırı olaraq qıfıllarla mübarizə etməyə çalışır, cərimələr tətbiq edir, lakin sevgililər bundan qorxmayıb, məhəbbətlərini qıfıllar vasitəsilə bildirməyə davam edir. 

(səs: 2)
Şərhlər: 2
Baxılıb: 11 297
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri