Birgə həyatın 7 illiyi

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 6 524
Səs ver:
(səs: 1)
Ənənəvi olaraq, birgə ailə həyatının 7 illiyini mis və ya yun toy adlandırılar. Mis – çox plastik metaldır, öz fiziki və kimyəvi xüsusiyyətlərinə görə gümüşdən sonra ikinci yerdədir.
Belə bir inanc var idi ki, birgə yaşadıqları 7 il ərzində ər-arvad artıq bir-birini kifayət qədər yaxşı tanıyıb. Onların taleləri bir-birinə o qədər sıx bağlanıb ki, onlar öz münasibətlərini daha möhkəm və qiymətli metala – qızıla çevirə bilərlər.
Yun - təbii və yumşaq materialdır. O, öz istiliyi ilə qızdıraraq, xəstəlikləri müalicə edə bilir. Sevgi də yun kimi ürəkləri qızdırır və ailə ocağını qoruyub-saxlayır. 
Toyun yeddi illiyinə mis və yundan hazırlanmış əşyalar hədiyyə olunmalıdır. Ərlə arvad bir-birinə misdən hazırlanmış nişan üzükləri hədiyyə etməli, və onları qızıl nişan üzükləri ilə bir yerdə adsız barmaqlarına taxmalıdırlar. Xanım öz həyat yoldaşına yun köynək toxuya bilər. Digər dəvətlilər xoşbəxt cütlüyə interyer üçün bəzək əşyası, misdən hazırlanmış suvenir hədiyyə edə bilərlər. 

 Mis ləyən toyun yeddinci ildönümü üçün orijinal hədiyyə ola bilər. O, ev sahibəsinin mətbəxində əla köməkçisi olmaqla yanaşı, ailə xoşbəxtliyinin və firavanlığının rəmzidir. Mis ləyənə müxtəlif hədiyyələr yığaraq, məclisin səbəbkarlarına hədiyyə etmək olar. 

(səs: 1)
Şərhlər: 4
Baxılıb: 6 524
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri