Quşlar üzərində fala baxmaq

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 7 694
Səs ver:
(səs: 3)
 Quşlar üzərində fal – hər zaman bütün xalqların ənənəvi fal növü olub. Bu fal növü hər hansı bir quşla rastlaşan insanın arzu tutaraq, quşun səsi, nəğməsi və ya hərəkətlərindən arzusunun gerçəkləşib-gerçəkləşməyəcəyinə qərar verirdi.
Səsinə görə, ən çox bəyquş və qarğa üzərində fala baxılır. 
Nəğməsinə görə: bülbül, sığırçın, qaranquş, və s. quşlar üzərində fala baxırlar.
Uçuşuna görə qartal, çalağan, durna, qarğa, taqqıltısına görə - ağacdələn üzərində fala baxırlar. 
Çalağanın yüksək uçuşu– senvinc, duranın – bəd xəbər, qartalın – sevdiyiniz adamdan və ya yaxın qohumdan məktub alacağınızı bildirir. 
Səsinə görə: əgər qarğa binanın üstündə oturub çığırırsa, bu, bəd xəbər alacağınıza işarətdir. Qarğa ağacın üzərində oturubsa - əmin-amanlığın işarəsidir. Bəyquşun həzin qışqırığı qəm-qüssənin, ciyildəməsi – yaxşı xəbərin əlamətidir. 
Səhərlər bülbülün nəğməsi – kədər, cəh-cəh vurması – sevinc, zınqırov kimi oxuması – toy vəd edir. 
Sığırçının şən nəğməsi uğur, astadan oxuması – qüssə, uca səslə oxuması – küsülülük, müxtəlif səslərlə oxuması isə həyatdakı dəyişikliklərə işarətdir. 
 
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 7 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri