Maraqlı adət və ənənələr

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 12 034
Səs ver:
(səs: 5)
Yaponiyanın bəzi yerlərində boşanmağ istəyən ər və arvadı bir ”qayalıq” yerə göndərirlər. Onlar orda qalırlar. Belə halda əlacsız qalmış ər və arvad barışmalı olur və yalnız bundan sonra öz evlərinə qayıda bilərlər.

Flores,Benqukula,Kruye,Lampunqe adalarında ərlik qızlar satılır və qiyməti baha olduğuna görə gənc oğlanlar evlənə bilmirlər. Buna görədə burda ərə getməmiş qızlar çox olurdu.

Adətən dueldə müxtəlif alətlərdən istifadə edirlər. Malakka yarımadasındakı Sakaya qəbiləsinin sakinləri isə duelə gələrkən tovuz quşunun lələklərindən istifadə edirlər. Sekundantın işarəsi ilə duelçilər ortaya çıxıb əllərindəki lələklərlə bir-birilərini qıdığlayırlar. Kim daha tez gülürsə onu məğlub hesab edirlər.

Yuxarı Zambeziyada yaşayan zənci tayfalarının kişiləri qadına qarşı daha nəzakətli və qayğıkeşdilər. Yerli adətə görə kürəkən öz qayınanası ilə danışarkən hörmət əlaməti olaraq onun qarşısında bir dizi üstə çökməlidi.

Mərakeşdə bərbəri tayfasının adət-ənənəsi belədir: ər seçməkdə həlledici söz qızındı. Bu tayfanın qadınları lap qədimdən çarşab-çadra örtmürlər.

Danışanda ən az söz işlədən xalq Mərkəzi Afrikada yaşayan qəbilələrdən biridir. Çünki onların dilində cəmi 26 söz var.

Yaponiyanın bəzi əyalətlərində kişilərə belə bir hüquq verilir. Əgər gecələr onun arvadı xoruldayırsa onu boşaya bilər.Burada qadının xoruldaması valideyinin qızını pis tərbiyə etməsi kimi qiymətləndirir.


Yaponiyada qadın kişinin arxasında gəlməlidir. Kişidən qabağa keçməyə icazəsi yoxdur.

Şimali Amerikanın bəzi xalqlarında (hindularda),habelə İndoneziyada, Okeaniya adalarında və başqa qəbilələrdə qız alan kişi həmin qızın evinə getməlidir.

XV əsrdə Hollandiyanda və Almaniyada hörmət əlaməti olaraq evə gəlmiş qonağa gecələr öz arvadını və ya qızını hədiyyə verirlər.

Hindistanın bəzi yerlərində doğmayan qadınları öz qardaşına verirlər ki, bəlkə ondan uşağı ola.

Panamanın bəzi yerlərində (San Blase) 12 yaşına qədər bütün qızlar Titi adlanır. Titi çiçək deməkdir. 12 yaşından sonra onlara ad verilir.

Hindistanın bəzi əyalətlərində məktəblərdə dərs buraxan uşağın əvəzinə ertəsi gün uşağın atası, anası getməlidi.

Sinqapurda avtobus biletləri sərnişinlərin çəkisinə görə satılır. Çəkini gözəyarı konduktor təyin edir. 

Çinin bəzi əyalətlərində (Day) cavan oğlan evlənmək istədiyi qızı əvvəlcə öz evlərinə aparır və orada bir müddət qalır. Əgər qız və oglanın xasiyyəti uyğun gəlsə və qız oğlanın ailə üzvlərinə uyuşsa, onda evlənirlər.

Yəmən Ərəb Respublikasında və sair Yaxın və Orta Şərq ölkələrində cavan oğlanların evlənməsi böyük bir bəladır. Evlənmək üçün çoxlu pul tələb edirlər. Buna görə də bu ölkələrdə başı ağarmış oglan və qızlar çoxdur.

Zimbabvenin Şon tayfasında evlənən gənc oğlan qıza bir neçə siçan tutmalıdı. Sonralar onu inək, qoyun və başqa heyvanlar əvəz etmişdir.
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 12 034
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri