Novruz adətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 10 157
Səs ver:
(səs: 2)
Papaq atmaq:
Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq:
Əvvəlcə arzu tutulub gizlincə evin qapısı pusulur  əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinəişarədir.
Tonqaldan tullanmaq:
Qohum qonşu hamısı  bayram çərşənbələrində  bayram axşamında tonqal yandırıb üstündən tullanır .Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".
Üzük falına baxmaq:
Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu həmin qızın o yaşda ərə gedəcəyinə ailə həyatı quracağına  işarədir.
Səməni yetişdirmək:
Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək:
Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək:
Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırma:
Novruzda ailənin sayı qədər şam yandırıb novruz xonçasına qoyarlar
Küsülülərin barışması:
Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək:
Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək:
Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
Novruz oyunları oynamaq:
Meselen, ənzəli
Başqa bir novruz adəti daha ( subay qızlar üçün )
Bir qab götürülür və içinə su tökülür. Sonra subay qızlardan biri bir şam götürür. Şamı yandırıb üzü aşağı sulu qabın üstünə tutur  şam əridikcə suya tökülür və suyun üstündə bir hərf alınır . Bu isə subay qızın ərə gedəcəyi adamın adının baş hərfidir.
 

 

 

Qadınlar.biz novruz bayramınız mübarək olsun !
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 10 157
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri