Addım - addım nişan hazırlığı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 8 952
Səs ver:
(səs: 1)
Evliliyin ilk rəsmi addımını atacağınız o gözəl günə necə hazırlanmalı? Nələr etməlisiniz?
Boyu boyuna xasiyyəti xasiyyətinə uyğun bir kürəkən namizədi gəlib də 'Mənimlə evlənərsənmi?' dedisə hazırlıqlar başlayır deməkdir:) Ümumiyyətlə ailələr tanış olub söz kəsmə mərasimi edildikdən sonra nişan tarixinə qərar verirlər. Bax o tarix gəlib çatana qədər etməniz lazım olanların siyahısı:
Nişana çağırılacaq adam sayı müəyyən edilir. Nişan məkanına qərar verilir. Nişan boxçası üçün alış-verişə çıxılır. Nişan paltarı və ayaqqabısı alınır. Ailələrin taxacağı qızıllar alınır. Nişan üzüyləri seçililir.Qırmızı lentlər nişan gününə hazır bir hala gətirilir. Nişan qayçısı hazırlanır. Həyətdə bir nişan planlayırsınızsa menyu seçimi aparılır. Evdə bir təşkilat edəcəksinizsə qonaqlarınıza nələr təklif ediləcəyinə qərar verilir. Nişan mərasimi üçün istəsəniz dəvətnamə paylayın.Nişan tortu seçilir.Fotoşəkilçi ilə razılaşıb çəkiliş üçün hazırlanır. Professional fotoşəkilçi xaricində nişan mərasimi əsnasında bolca fotoşəkil çəkə biləcək yaxın bir yoldaş müəyyən edilir ;) Bəy üçün kostyum, ayaqqabı, qalstuk alınır.Makyaj və saç modelinə qərar verilir. Bu mərhələdə inandığınız bir bərbəri seçmənizi təklif edərəm. Əks halda nişan saçı deyincə çox şişirdilmiş saçlar və makiyaj ilə gözəlliyiniz kölgələnər .Nişan lentini kəsməsini istədiyiniz ailə böyüyünüzə bunu bildirin. Kəsmədən əvvəl edəcəyi kiçik danışmağı əvvəldən hazırlamaq istəyə bilər. Hər şey hazır geri saym başlasın :)
 
/Mənbə.Qadınlar.biz/
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 8 952
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri