Azərbaycanda toy adətləri - Xınayaxdı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 21 703
Səs ver:
(səs: 1)
Xınayaxdı
Qızlar otağın birinə yığışır və qız yengəsi islanmış xınanı götürüb ortada oynamağa başlayır. Sonra bir sini, bir də boş bir kasanı gətirib oğlan adamının qabağına qoyur. O isə boş kasaya pul atıb xınanı götürür. Oynaya-oynaya qızın yanına gəlir, onun əllərinə, ayaqlarına xına qoyulur. Sonra da məclisdəkilərin qabağına gətirilir. Hamı xına qoyub, nəmər salır. Gəlinə xına yaxıldıqdan sonra bəzi bölgələrdə oğlan evinin yaxınları, qohumları gəlinə ayrıca hədiyyə verirlər.

Gəlinin qarşısına su ilə doldurulmuş kasa qoyulur. Qızın yengəsi, ya da qızın qardaşı arvadı xınanı payladıqdan sonra oğlanın qohumlarının gətirdiyi zinət əşyaları gəlinə təqdim olunmağa başlanır. Bu hədiyyələrdə bəyin valideynlərinin gəlin üçün gətirdiyi zinət əşyaları ilə yanaşı, qohumlarının da payı olur. Əvvəlcə gəlinin qayınanasının gətirdiyi qızıllar hamının gözü qarşısında göstərilərək gəlinin üstünə taxılır.

Əgər zinət əşyalarından iki ədəd olursa, biri sudakı kasanın içinə salınır. Qayınananın gətirdiyi zinət əşyaları təqdim olunduqdan sonra oğlan qohumlarının hədiyyələri təqdim olunur. Oğlanın yaxın qohumlarının gətirdikləri zinət-qızıl əşyaları təqdim edildikcə su ilə doldurulmuş kasaya atırlar. bir qayda olaraq kasa yarıya qədər zinət əşyası ilə doldurulur. Bu qızıllar gəlinə mütləq çatır. Hədiyyə gətirənlər zinət əşyaları ilə yanaşı, oğlan evinin qohumları olaraq xonça da tuturlar.

Qızlar "xınayaxdı"da olanda oğlanlar oynayıb şənlənirlər. Bu vaxt qız tərəfdən bir nəfər "ikirəngli" çay gətirib bəyin və dostlarının qabağına qoyur. Onlar da çayı içib, boş nəlbəkiyə nəmər qoyurlar. Qızlardan biri xına gətirir və oğlanlar da xınaya çəçələ barmağını batırırlar . [12]

Lənkəran toylarında qız toyu ərəfəsində keçirilən "Xınayaxdı" mərasimində bir sıra mahnılar ifa olunur; gəlinin ətrafına toplanmış qız-gəlinlər "Xınayaxdı", "Əllərə xına yaxanlar", "Aman nənə" kimi mahnıları oxuyardılar.

"Xınayaxdı"da da, qız toyunda da mahnılar çox vaxt "Tək qaval" adlanan prinsiplə oxunardı. Qızlar, qadınlar dövrə vurub əyləşər, onlardan biri ("solist") əlində qaval ortada oturarmış. Oxunan mahnıların nəqarətini dövrə vuranlar xor şəklində oxuyar, "solist" isə qaval çala-çala mahnıların bəndini misra-misra ifa edərdi (hər misradan sonra xor ona nəqarətlə cavab verərmiş).[13]
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 21 703
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri