Azərbaycanda toy adətləri - qız toyu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 11 061
Səs ver:
(səs: 2)
Qız toyu
Toy səhər saat 11-də, qara zurnanın səsi ilə başlanardı. Cavanlar toy başlamamışdan əvvəl qulluq etməyə yığılardılar. Dəstə-dəstə adamlar toy evinə gəlir, yeyir-içir, toy sahiblərini təbrik edirdlər. Toya kimi xonça gətirir, kimi də nəmər yazdırardı.

Yemək verilməzdən əvvəl oğlan evindən bir nəfər kişi aşpaza pul verir. Buna "qazanaçdı" deyirlər. Toyda kəndin cavanları güclərini sınayır, güləşirlər. Qalib gəlib kimin qolundan tutarsa, onunla oynamalıdır. Burada boyun qaçırmaq, etiraz etmək olmaz. Oğlan evi qızı oynadır. Sonra isə təxminən saat 4-5-də geri qayıdırlar. Oğlan evi getdikdən sonra şənlik davam edir. Saat 6-nın yarısı olanda qız evində cavanlar "qız şaxına" getməyə yığışırlar.

XX əsrə qədər qız toylarında yalnız xanımlar iştirak edərdilər. Musiqiçilərdən tutmuş aşbazlara kimi hamısı xanımlardan ibarət olurdu. Qadın məclisi ərə gedən qızın başına toplaşıb onun şad gününə sevinirdilər.

Kəntdə toy üç gün – cümə, şənbə və bazar günləri olurdu. Toyun birinci günü cümə günü axşam üstü başlayırdı. Toyu musiqiçilər, aşıq, bir də toybaşı idarə edirdi. Kim hansı havanı oynamaq istəyirsə, toybaşıya sifariş verirdi. Toyun ikinci günü toy əhli oynayır, şənlənir, müxtəlif oyunlar keçirirdilər. Qədim el havaları toyun bəzəyi olardı. Toyun üçüncü günündə qız toyudursa, gəlin tərəfi, oğlan toyudursa, bəy tərəfi toya gələrdi. Mağarda ayrıca üstü şirniyyatla bəzənmiş stol qoyulurdu. Stolun üstündə güzgü də olardı. Bəyin yanında sağdışı ilə soldışı otururdu. Oğul anası onlara hədiyyə verərdi. Bəy toy mağarına gecikəndə kim onun yerində otursa, hədiyyə alır, sonra duraraq yeri bəyə verirdi. Tərifdən sonra bəyi və ya gəlini öz toyunda oynadardılar.İnanca görə, bəy və ya gəlin öz toyunda oynayanda həm bolluq, həm də ucuzluq olardı..
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 11 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri