Azərbaycanda toy adətləri - saçkəsdi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 3 501
Səs ver:
(səs: 1)
Saçkəsdi
Toy günü qız evində keçiriiən gəlinbəzəmə mərasimi zamanı ərə verilən qızın ömründə ilk dəfə saçlarının ərli qadınlara məxsus yeni biçimdə kəsilib-daranmasına icazə verilir.

Etiqada görə, toy günü qıza aid bütün paltar, boğça və s. əşyaları açmaqla, "düyünlərdən azad etməklə" əngəlsiz, maneəsiz açıq yol və sərbəst hərəkətlərə nail olmaq olar. Təkcə elə bu səbəbdən gəlin qızı yeni mənzilinə saçı hörüklü buraxmırlar. Digər tərəfdən, qız bu gündən etibarən ərli qadınlar cərgəsinə keçdiyi üçün onun saçları artıq başqa cür daranmalı, başda başqa biçimli örpək salınmalıdır.

Bu əməliyyat üçün dəvət edilmiş məşşatə və ya qız yengəsi işə başlarkən, ilk öncə, gəlin qızın qabağına bir önlük taxır, sonra onun bu günə qədər arxaya atdığı hörüklərini açıb darayır, dalınca qızın qaşları ortasından bir tağ ayırıb "bismillah" deyərək qayçını işə salır. Adətən, bu vaxt gəlin qız kövrəlib ağlayır.

Ardınca, məşşatə saçın alın üstünə tökülən tellərindən çətir kəsib "birçək boğur" (bəzi yerlərdə buna "cığa", "cığcığ" da deyirlər), yəni onu buta şəklinə salır. Sonra saçın gicgah hissəsindən müəyyən qədər tel ayırıb burur, qulağın ardından keçirərək, ucunu əyib qaşm axırından bir az aşağı "qoç buynuzu " biçimli "balabirçək" düzəldir.

Yerdə qalan tellərin uclarını boyunun arxasında yumrulayıb ipli bir ləçək "çutqu "nun içinə salır, yaxud qızın başına ipək ləçək bağlayırlar. Sonra qıza: "maşallah, maşallah ananın südü, atanın çörəyi sənə halal olsun, hamı baxsın boyuna, ellər gəlsin toyuna" deyərək, çutqu üstündən gəlin qızın başına "dördrəng" deyilən kiçik ipək yaylıq (başqa yerlərdə ona "dingə" də deyirlər) bağlayıb dövrün cavan gəlinlərinə məxsus bir saç biçimi darayır.

Qaydaya görə, kəsilmiş hörüklər, saç telləri səliqə ilə bir qaba və ya qutuya yığılmalı, gizlin bir yerdə torpağa basdırılmalıdır.

Bir para yerlərin qaydasına görə, məşşatə işinə başlamazdan əvvəl qızın saçlarını kəsmək üçün qayçını qız adamlarından "pulla" alır.

Digər bölgələrin adətincə isə, qızın saçı kəsilməzdən əvvəl, uğur olsun deyə, qızın yaxın qohumlarından subay bir qız gəlinin saçından bir tel qoparıb qızın anasına verərək əvəzində şirinlik alır. Qızın anası həmin teli qızın cehizlik balışı, yaxud döşəyinin içinə tikir. Xalq etiqadına görə, həmin tel öz yerində nə qədər çox qalsa, xeyir-bərəkət də bir o qədər çox olar. Naxçıvanda isə məclisdəki yeddi qızın hər biri gəlin qızın saçından bir tel qoparır. Sonra onları dəstələyib qızın anasına verirlır. Ana da onları balışın içinə tikib ər evinə göndərir.

Bu işə "saçkəsmə", "birçəkkəsdi", "çığakəsdi / çığaboğma" da deyirlər.
(səs: 1)
Şərhlər: 12
Baxılıb: 3 501
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri