Azərbaycanda toy adətləri - şabaş, tamada

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 737
Səs ver:
(səs: 1)
Şabaş
Toy və nişan məclislərində rəqs edənlərin başı üzərində havaya atılan, onların ayağı altına səpilən, yaxud ağzına, əlinə verilən, eləcə də xanəndə və çalğıçıları həvəsləndirmək üçün onların önünə atılan kağız pul.

Bir qayda olaraq, yığılan şabaş ya musiqiçilərə, ya da toy sahibinə çatır onlar bunu öz aralarında toydan əvvəl razılaşdırırlar.

Rəqs bitdikdə, oynayanlar əllərindəki pulları çalğıçıiarın qabağına, adətən, burada açıq qoyulmuş bir musiqi alətinin (dəfın, qarmonun) qabına atırlar. Yerə səpəiənmiş pulları da bu vaxt yığıb həmin qutuya atırlar (bu iş, adətən, bir-iki gəncin öhdəsində olur). Bəzi qonaqlar onlara verilən şabaşı özlərində saxlayırlar. Bəzən də rəqs bitdikdə toyxanın ortasında "zirək" uşaqlar peyda olurlar: yerə səpələnmiş puilardan bir az yığıb tez aradan çıxmağa cəhd göstərirlər. Adətən, əli çubuqlu fərraşdan başqa bu uşaqları qovan olmur.

Şabaş vermək məclisdə rəqs edən qohum-qardaşın, yaxın dost-tanışın, və ya rəqqasın gözəl oyununu qiymətləndirmək, ona həmişə şadlıq içində yaşamağı arzuiamaq hissindən ani doğan hərəkətdir. Hər iki tərəf onu həmişə sevinc və razılıq hissilə qarşılayu və əksinə, oynayan şəxsə heç kəs pul verməzsə, o çox pərt olub xəcalət çəkir.

Qaydaya görə, rəqs edən şəxs tanışının qabağında dayanıb bir müddət yerində oynayarsa, həmin "tanış" ona pul verməlidir.

Bəy oğlan və gəlin ayrı-ayrılıqda (ötən zamaniar onların bir yerdə rəqs etməsi qəbahət və hörmətsizlik sayılardı) öz toylarında oynadığı zaman bu adət ən yüksək zirvəyə çatır. Qız toyunda gəlin oynadıqda onun yengəsi: "ay şabaş, gəlin başına verin a..., toy yiyəsinin başına, ay şabaş, qız bacısının başına, verin a...bu oynayan gözəlxanımın başına, ay şabaş verin a...", yaxud "ay şabaş, gəl yavaş-yavaş! Sağ olsun şabaş verənlər, var olsun oynayanlar, ay şabaş" və s. sözlərlə hay-haray salaraq, məclisdəkiləri pul verməyə təhrik edir, sonra ucadan "qız anası gəlin başına beş manat, ay şabaş" deyərək, pulun kim tərəfindən veriidiyini bildirir.

Oğlan toyunda isə bəy oğlan oynamağa başladıqda onun ən əziz adamları, bir qayda olaraq, ona pul verməyə can atırlar. Bəziləri, hamı görsün deyə, bəyin papağını qaldırıb pulu onun ainına yapışdırır, digərləri isə onu öpüb pulu astaca cibinə basırlar. Bəy isə onları xanəndə və çalğıçıların üstünə atır, bəzən isə özünə götürür.

Keçmişdə bəyin boynuna xələt salmaqla kifayətlənmişlər. Ötən çağların varlı toylarmda xanəndə və rəqqaslara pul atmaq təhqir sayılmışdır. Əski ədəbi mətnlərdə nisar adı ilə qeyd olunan bu tədbirdə metal pul (qəpik-quruş), çiçək yarpağı biçimində xırda və nazik qızıl təbəqələrdən istifadə olunmuşdur.

Ayrı-ayrı yerlərdə onun "şabbaş / şavaş / şeyşavaş" (Şəki) və "haşşabaş" deyiliş tərzləri də mövcuddur.

Tamada
Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 4 737
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri