Azərbaycanda toy adətləri - təzəgəlin, gəlinin qırxgünlüyü

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 2643
Paylaş:
Səs ver:
(səs: 1)
Təzəgəlin
Toy mərasimi zamanı ər evinə gətirilib arzu-kamına çatmış və bəy oğlanla ailə qurmuş nişanlı qıza toydan bir az sonra üzəçıxdı toyu zamanı veriiən ad. O, bu adı ilk övladı olana kimi daşımalıdır.

Ötən çağlarda yurdumuzun bəzi yerlərində ona, adətən, "novərus" demişlər. Bu deyimin "tazəgəlin" tələffüz şəkli də var.

Gəlinin qırxgünlüyü

Toydan sonra təzəgəlini gözlə görünən və görünməyən bədxah qüvvələrdən və pis nəzərdən xüsusi qayğı ilə qorumağı tələb edən qırx günlük müddət.

Dədə-baba adətincə, bu müddət ərzində sonsuz gəlin, uşaqları bir-birinin ardmca ölmüş "həmzatlı arvad", qırxı çıxmamış zahı, yas saxlayan qadın və toyu onunla bir gecədə çaldırılmış gəlin qız təzəgəlininlə üz-üzə gəlməməlidirlər. Bu vaxt ərzində o, toy, yas və digər məclislərə getməməlidir, əks təqdirdə gəlin başqasmın "çillə"smə düşə bilər.

Əski inama görə o, həmçinin ölü, heyvan, axar su, köklü ağac, daş-qaya, yeddi yolayrıcı və s.-dən də çilləyə düçar ola bilər. Odur ki, bu qırxgünlük "çillə" ərzində təzəgəlin özünü hər vəchlə gözləməli, hava qaralandan sonra eşiyə, çölə tək buraxılmamalı, onun tutulmuş dırnaqları və baş tükü yeddi dəfə suya çəkilib əskiyə bükülərək torpağa basdırılmalıdır. Bu tövsiyələrə nəzarət və riayət etmək oğlan yengəsinə tapşırılır.

Qırx gündən sonra, həmçinin Novruz bayramı günü, təzəğəlinin qayınanası onu axar sular kənarına aparıb "çilləsini kəsir", sonra qolundan tutub su üzərindən üç dəfə adladır. Bu zaman təzəgəlin "dərd-azarımı verdim məni istəmiyənlərə" deməlidir. Adət daha çox Astara bölgəsi üçün səciyyəvidir. Digər yerlərdə ona "gəlinin çilləsi", "çillə" deyilir ki, bu da elə "qırx gün" deməkdir.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 2643
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv