Nişan mərasimi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 12 163
Səs ver:
(səs: 1)
Elçilikdən bir müddət sonra hər iki tərəfin təyin etdiyi vaxtda qız evinə nişan gəlir. Buna oğlan tərəf çoxdan hazırlaşmış olur. Nişanda qız üçün lazım olan paltarlar,kosmetik vasitələr, ziynət əşyaları, şirniyyat və meyvə xonçaları gətirirlər. Şirniyyat xonçalarına paxlava, şəkərbura və ən yaxşı konfetlər daxildir.Bir neçə xonça isə çərəz və quru meyvələrdən düzəldilir. Nişan Novruz bayramı ərəfəsində olarsa, o zaman qız evinə xüsusi bəzədilmiş səməni də aparılır. Nişanda təkcə ayaqqabı gətirilmir, hesab edilir ki, ayaqqabı darlıqdır. Onu da ara günlərdə qayınana gəlinin yanına gələndə gətirir. Qıza nişanda alınan paltarlar adətən qırmızı rəngdə olur. Qara rəngdə heç nə alınmır.

Nişanda qız üçün zərif naxışlı qırmızı yaylıq gətirilir. Bu nişan mərasiminin ən önəmli atributlarından biridir. Nişanda bütün xərci çox vaxt oğlan evi çəkir. Süfrə üçün soğandan başqa bütün ərzaq göndərilir. Soğan acılıq hesab edilir, ona görə də qız evinə soğan göndərilmir.Oğlan evindən nişan qırmızı lentlə bəzədilmiş xonçalarda və çamadanlarda gətirilir.

Yemək süfrəsindən sonra, ortaya oğlan evindən gətirilmiş tort verilir. Yeməkdən sonra süfrə yığılır və qızı yuxarı başda oturdurlar . Qabağına güzgü qoyurlar və şam yandırırlar. Xonçaları dövrəsinə düzürlər. Bundan sonra oğlan yengəsi (qardaşı arvadı) xonçanın üstünə nemət, noğul atır. Qız yengəsi də gəlib nemət, şirinlik atır. Daha sonra oğlanın bacısı ( bacısı olmazsa yaxın qız qohumu ) gətirilən xonçalardakı əşyaları nümayiş etdirməyə başlayır. Oturanlar da bir ağızdan "mübarəkdir" söyləyirlər. Sonra nişana gətirilmiş ətirlərdən birini götürüb oturanlara verirlər və hamı onunla ətirlənir.
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 12 163
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri