Adət və ənənələrimizin kulturoloji istiqamətləri

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 1255
Paylaş:
Səs ver:
(səs: 1)
İnsanların mənəviyyatı, əxlaqı normaları və baxışları ilə bağlı olan mütərəqqi adət və ənənlərin yaradıcısı xalqdır. Hər bir insan hələ uşaq yaşlarından milli adət və ənənələrlə qarşılaşır və bu ruhda tərbiyə alır. Hər bir yeni nəsil özündən əvvəlki nəslin mənəvi simasını əks etdirən mövcud adət və ənənələri heç də hər zaman olduğu kimi təkrar etmir. Yaşadığı dövrün, şəraitin, ictimai quruluşun tələbələrinə uyğun olaraq, onların köhnəlmiş hissələrərini atır, mütərəqqi hissələrini inkişaf etdirir, yeniləşdirir, zənginləşdirir, dövrə uyğun olaraq yeni adət və ənənələr yaranır. Adət və ənənələr daima insan münasibətlərinin tənzimləyici və istiqamətvericisi olmuşdur. Çünki adət və ənənələr hər bir insan nəslinin yaratdığı əxlaqi, mənəvi cəhətləri qoruyub yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir. Məhz adət və ənənələrin bu xarakterik cəhətlərinə görə sovet tərbiyə sistemində onlardan geniş tərbiyə vasitəsi kimi istifadə edirdi. Sovet tədqiqatçıları haqlı olaraq qeyd edirdilər ki, «yaşlı nəsil və eyni zamanda hər bir tərbiyəçi və valideyn böyüməkdə olan gənc nəsli əxlaqi davranış qaydaları ilə adət və ənənələrlə tanış edir. Insanlar bütün hallarda öz sevincini, şadlıq və kədərəini, nifrət və məhəbbətini, əməyə, təbiətə, ailəyə, vətənə, övlada, dosta olan insani münasibətini məhz qarşılıqlı ünsiyyət prosesində həyata keçirmişlər.

Adət və ənənə ilə əxlaq arasında möhkəm qarşılıqlı əlaqə vardır. Daha doğrusu, hər bir ənənə müəyyən əxlaqi məna daşıyır, həmin adətləri yetirməmək, onları qoruyub saxlamağı bacarmamaq ciddi narazılığa, insan münasibətlərinin kəskinləşməsinə, şəxsiyyətlə kollektiv və cəmiyyət arasında zidiyyətin meydana gəlməsinə səbəb olur. Əxlaqi adət və ənənələr, qayda və tələblər daha çox ictimai rəyə əsaslanan yazılmamaş ünsiyyət qanunları kimi fəaliyyət göstərir.

Bildiyimiz kimi adət və ənənələr uzun əsrlər boyu xalqımızın milli ruhunu, estetik duyumunu, sənətkarlıq qüdrətini özündə hifz edib saxlamışdır. Zəngin folklor nümunələrimiz məhz adət və ənənələrimiz hesabına itib-batmamış, müasir dövrümüzə qədər gəlib çatmışdır. Onlar zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda tətbiqi kulturologiyanın ifadə vasitəsinə çevrilmişlər. Müxtəlif mədəni-kütləvi tədbirlərdə bu ifadə vasitələrinə çevrilmişlər. Mədəni-kütləvi tədbirlərdə bu ifadə vasitələrini emosional vasitə kimi tətbiq etməklə həm də milli xüsusiyyətlərimizi qoruyub saxlayırıq. Mədəni irsimizin böyük bir sahəsini əhatə edən folklor nümunələri mədəni fəaliyyətin səmərəli, əyləncəli keçməsi də tətbiq olunur.

loading...
(səs: 1)
Şərhlər:
Baxılıb: 1255
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv