Xonça gətirmə

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 4500
Paylaş:
Səs ver:
(səs: 0)
Toyun əsas atributlarından biri içində ayrı-ayrılıqda pal-paltar, zinət əşyaları və şirniyyat yerləşən bağlam - xonça gətirmədir. Boğçadan fərqli olaraq, onun əsasını dördbucaq şəkilli qalın parça, yaxud ağacdan yonulmuş tabaq və ya dəyirmi metal lövhə, bəzən qızılı məcməyi, sonralar isə naxışlı sini təşkil edir. Əşyalar oraya düzüldükdən sonra o, al qırmızı zərli saçaqlı və ya alabəzək ipək parça, yaxud tirmə şala bükülür. Ancaq örtüklərin dörd bucağı düyünlənməmiş qalıb sap və ya sancaqla bənd edilir.

Çox vaxt başlarda aparılan bu bağlamalar həm tərkibi, həm zahiri görünüşü, həm də ünvan sahiblərinə görə bir-birindən fərqlənirlər.Xonçaların böyüyünü evin və ya masanın ortasına qoyur, kiçik xonçaları isə, sayından asılı olaraq böyük xonçanın ətrafına düzürlər. Qaydaya görə, toy şənlikləri zamanı onların üstünə on ikidən artıq olmayan rəngarəng şamlar düzülür.

Məlum olan ənənəvi yemək və paltar xonçalarının adları bunlardır: "ağxonça", "bayramxonçası", "bəy xonçası", "bəzəkxonçası", "çərşənbə xonçası", "gəlin xonçası", "qəndxonçası", "xızır xonçası", "xınayaxdı xonçası", "xuşkəbər xonçası", " nişan xonçası", "novbahar xonçası", "nübar xonçası", "sərpayı xonçası", "şirinxonça / şirniqabağı xonça / şirni xonçası", "toy xonçası", "üzükxonçası", "yeddilövünxonçası", "yengəxonçası" və s. Borçalıda bu bağlamaya "xon", Qazaxda isə "bağlanc" deyirlər.

Nişandan sonra qız kimin toyuna, nişanına gedərsə, onun adına oğlan evi tərəfindən xonça gətirirlər. Məclisdə qızlar bir tərəfdə otururlar. Qayınana əlində xonça oynaya-oynaya məclisə girir və gəlininin qabağına gəlir. Alnından öpüb onu qaldırır və xonçanı onun yerinə qoyur. Qaynana gələcək gəlinini oynadır. Bundan sonra baldız, qayın və bəy gəlini oynadırlar.

Oğlan evində Novruz və digər xalq bayramları şərəfinə nişanlı qızlara aparılan və həmin qız evindən oğlan evinə gətirilən xüsusi bayram xonçasına "ağ xonça" deyirlər. Üstü qırmızı kəlağayı və ya saçaqlı tirməşalla örtülən bu xonçaya səməni qoyar, içində rəngli şamlar yandırarlarmışlar. Onun başqa adı "bayram yemişi", "görəlgə" və "novruzpayı"dır.

Böyük nişan mərasimində qızgilə aparılan xonçalar arasında içində saçaqlı baş yaylığı şal və nişan üzüyü yerləşdirilmiş nişan xonçasına üzük xonçası da deyirlər. Oğlanın əmisi, yaxud doğma dayısının apardığı bu xonçaya, şal və üzüklə yanaşı noğul-nabat da düzülür. Bu xonça indiki Abşeron toyları üçün daha səciyyəvidir. Lənkəranda isə nişan üzüyünü həmin xonçaya qoyulmuş bir balığın ağzına keçirirlər. Bu da bərəkət, uğurlu nigah , uzunömürlülük arzusu ilə bağlıdır. Xonçanın başqa adı "nişanbaxtı"dır.

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 4500
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv