Qızın "xırda-mırda cehizi"

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 7 537
Səs ver:
(səs: 4)
El-oba adətinə görə buradakı mis, yaxud saxsı su qablarını yeni mənzilə əsla boş aparmaq olmazdı, onlar hökmən su ilə doldurulmalı idilər. Bundan əlavə, gəlin özü ilə ər evinə müxtəlif rəngli parçalardan tikilmiş yeddi kiçik torbada (hərəsi bir kiloqram olmaqla), yeddi cür taxıl növü buğda, arpa, düyü, mərci, noxud, lobya, darı və uğursuyu deyilən bir səhəng təmiz içməli su və bir qab neft aparardı.

Qaydaya görə, qız gəlin köçürüldükdə, ayaqqabısından başqa, istədiyi bütün paltarlarını yeni mənzilinə apara bilər. Amma bəzi yerlərin adətincə, gəlinin bəxti ağ olsun deyə, cehizlə, bəzən isə elə qızın özüylə onun bir tay köhnə ayaqqabısı da ər evinə aparılarmış.Cehiz əşyaları siyahıya alındıqdan sonra bədnəzərdən qorunmaqdan ötrü onları qırmızı qaytan və lentlərlə sarıyaraq cecim sandıqlarına yerləşdirərmişlər.

Ötən əsrlərdə varlı ailələrdən ərə verilən qızların ata-anası övladlarına mal-qara sürüsü, ev-imarət, zəmi və bağ-bağça kimi hədiyyələr qoşur, hökmdarlar isə gəlin köçürdükləri qızlarına, bir adət olaraq, geniş bir ərazi və ya bir neçə kənd bağışlayarmışlar.Adətə görə qıza verilən bütün əşyalar onun şəxsi malı hesab edilir. Bəzən el içində həqarətlə deyilən "cehizindən xeyir görməyəsən", yaxud "cehizin qayıtsın" kimi bəd dualar hələ də yaşamaqdadır.

Müxtəlif bölgələrdə qız ərə verdikdə ona qoşulan cehizə "ağırlıq", "barxana / qız barxanası", "verdik / verdük", "dədəverdi / dədəmalı", "mal" (Şəki), "kabin", "öllüx-dirilıx" (Quba), "sədəqə", "təchiz", "tuti", "xərcxəcələt" (Salyan), "cehiz qoşma / cehizləmə / cehizçilik", "cer-cehiz", "şeylan" və bu kimi adlar daşıyır. Onun "cehaz / ceyiz / cihaz" (Ordubad) deyiliş şəkilləri də vardır.Toydan iki-üç gün əvvəl ər evinə gəlinin cehizini gətirirlər. Bunu gəlinin qardaşları, əmisi, dayısı, bibisi, xalası oğlanları, bəyin dostları və "qardaşlığı" edirlər. Ana gəlinin cehizini düşürmək üçün gəlinin qardaşına nəmər verir.

Sonra gəlinin yengəsi, bacısı və ya bacılığı evi bəzəməyə gəlirlər. Onlar evi bəzəyib qurtarandan sonra əşyaların bəzisinə qırmızı lent bağlayırlar. Qayınana evi bəzəyənlərə də xələt verir.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 7 537
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri