Dünya xalqlarının doğuş mədəniyyəti

Müəllif: Wiyinka
Şərhlər: 10
Baxılıb: 4 985
Səs ver:
(səs: 7)
Dünya xalqlarında dəfnlə bağlı müxtəlif adətlər olduğu kimi, doğumla bağlı da özünəməxsus adətlər və rituallar mövcuddur. Adətən, yeni uşağın doğulması nəsillərin əvəzlənməsi kimi qəbul olunur və bütün xalqlarda ən müsbət və sevincli adətlərdən hesab olunur.

 Qadınlar.Biz övlad dünyaya gəlməsi ilə bağlı dünya xalqlarının adətlərini təqdim edir.

Qədim slavyanlarda doğuşu qəbul edən qarı göbək bağını kəsdikdən sonra körpəni atasına təhvil verirdi. Atası isə övladını beşiyə qoymalı idi. Körpəni ilk dəfə çimizdirərkən onun başına pullar və qızıl külçələr tökülməli idi. Qədim slavyanlar hesab edirdilər ki, belə olsa, uşaq gələcəkdə böyük var-dövlət sahibinə çevriləcək. Onun 1 ayı tamam olduqdan sonra qohumlar və qonşular toplaşaraq uşağa ad seçirdilər və anaya qiymətli hədiyyələr verirdilər.

Yəhudilərdə yeni doğulan körpə 8 gün ərazində sünnət olunmalı idi. Hesab olunurdu ki, bununla uşaq pis ruhlardan, uğursuzluqlardan xilas olacaq. Bunun üçün o, sünnət olunana qədər gecələr valideynləri beşiyə keşik çəkirdilər. Onlar inanırdılar ki, bununla övladlarını pis ruhlardan qoruyurlar. Həmçinin yəhudilərdə beşiyə müxtəlif amulet və duaların qoyulması adəti də mövcuddur. Bundan başqa, doğulan körpə oğlandırsa onun anası 7 gün "murdar” sayılır. Bundan sonra daha 33 gün isə o "müqəddəs olan heç nəyə” toxuna bilməz. Əgər qız övlad doğularsa onda buy müddətlər 2 dəfə artırılır. Maraqlıdır ki, qədim yəhudilərdə qadınlar ya "maşbere” adlanan xüsusi stul, ya da öz ərlərinin dizi üstündə övlad dünyaya gətirirdilər.

Qırğızlarda da doğuşu xüsusi təcrübəsi olan qarılar qəbul edirlər. Bundan sonra bir neçə gün həmin qarı doğuşu qəbul etdiyi evi tərk etməməli və körpəni pis ruhlardan qorumalıdır. Buna görə ev sahibini ona qoyun yaxud qoyun dərisi hədiyyə edir. Valideynləri körpəni pis ruhlardan və xəstəliklərdən qorumaq üçün onun ayaqlarına yumru bilərzik bağlayırlar.

Okeaniya xalqlarında isə başqa bir maraqlı adət mövcud idi. Körpə anadan olduqdan sonra atası onun saçlarından bir çəngə kəsməli idi. Ana isə öz növbəsində övlad doğması ilə bağlı saçlarına hörük hörməli idi. Təbii ki, uşaqların sayı artdıqca hörüklərin sayı da artırdı.

Qazax xalqı da doğumla bağlı maraqlı adətlərə malikdirlər. Onların təsəvvürlərində uşaq anadan olduqdan sonra 40 gün ərzində bütün mənfiliklərdən qorunmalı idi. Bunun üçün onun bələyinin yanında həmişə yanılı lampa qoyulurdu. Oğlanlar üçün lampa 39, qızlar üçün isə 41 gün saxlanılırdı. 40 gün tamama olana qədər körpənin (həm qız, həm də oğlan) üzərindən xüsusi köynək çıxarılmırdı. Müddət başa çatdıqdan sonra həm körpənin anası, həm də mamaça üçün xüsusi qonaqlıq təşkil edilirdi. Körpə isə duzlu suya salınırdı.

Qaratinlər və ləzgilərdə doğuş zamanı evin bacası bağlanırdı. Körpə dünyaya gəldikdən sonra onu səhər çimizdirirdilər. Amma gün çıxandan sonra yığılan su bu məqsədlərə uyğun gəlmirdi. Bundan sonra körpə üçün ailənin böyükləri ənənəvi dualar oxuyurlar.

Qədim Çin və Hindistanda qadının hamilə olması məlum olduqdan sonra onu xüsusi qayğı ilə əhatə edirdilər. Dəbdəbəli əşyalar, həzin musiqi, dadlı yeməklər hamilə qadını əhatə etməli idi. Hesab olunurdu ki, hələ doğulmamış körpənin tərbiyəsi ilə məşğul olmaq lazımdır. Bundan başqa, Çinin bəzi bölgələrində uşağın doğuluşundan 3 gün sonra əcdadların ruhuna xoruz kəsilməsi adəti mövcud idi.

Gürcülərdə isə doğumla bağlı başqa maraqlı adət mövcud idi. Onlar körpə beşiklərini illərlə saxlayır və atadan oğula ötürürdülər. Gürcülər hesab edir ki, bununla babalar və nəvələr arasındakı əlaqə uzun illər mövcud olacaq.

Yaponlarda uşağın göbək bağının ailədə saxlanması adəti mövcuddur. Onların təsəvvüründə bu ana-bala əlaqəsini simvolizə etməli idi.

Ukraynanın qərb vilayətlərində isə yenicə övlad sahibi olan ata mütləq şəkildə ağa əkməlidir.

Papua-Yeni Qvineyada övladı olacağını xəbər alan ata dərhal icmanı tərk etməli və özü üçün qabaqcadan düzəltdiyi komada yaşamalıdır. Onun xanımı isə doğuşu meşədə həyat keçirməlidir. Bu zaman kişi komasında doğumu imitasiya etməli və bununla şər qüvvələri özünə doğru yönəltməli idi.

Atəşpərəstlər isə hamiləliyi və uşağın anadan olmasını orqanizmin təmizliyini pozan mənfi hadisə sayırdılar. Onlar hesab edirdilər ki. qadın övladını tonqalın yanında dünyaya gətirməlidir. Ailə üzvləri isə tonqalın yanması üçün çalışmalı idilər. Uşaq dünyaya gəldikdən sonra 40 gün ərazində ana və uşaq şər qüvvələrdən təmizlənməli idilər. Bunun üçün qadın su içməməli və isinmək üçün tonqala yaxın gələ bilməzdi.

Napolenonun anası hamiləliyi müddətində əsgər eskizləri çəkməyi sevirdi. Güman olunur ki, məhz bu onun övladının müharibə həvəsinin yaranmasına səbəb olub.

Başqa bir əfsanəyə görə, Qay Yuli Sezarın dünyaya gəldiyi doğuş növü o, imperator olduqdan sonra ("imperator” deməkdir) "qeysəriyyə” adlandırılmışdı.

XIX əsrdə hər üç doğuşdan biri sepsis səbəbindən ölümlə nəticələnirdi. Yalnız 1880-ci ildə antiseptiklərin tətbiq olunması ilə bunun qarşısını almaq mümkün oldu.

Hamiləliklə bağlı ilk elmi izahları yunan təbibi Hippokrat verib. "Onun 72 mətndən ibarət külliyyatının 3 fəsli hamiləlik və mamaçılığa aiddir.
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 4 985
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri