Dünya xalqlarının adət-ənənələri: Çərkəz toy adətləri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 842
Səs ver:
(səs: 6)
Toya hazırlıq
Nikahdan sonra qız ata evində bir il və ya daha çox qalmalıdır. Bu müddət ərzində cehiz və gələcək qohumlar üçün hədiyyələr hazırlanar. Bu dönəmdə gənc xalalar, bibilər, qonşu qadınlar nişanlı qıza yeni ailəsində necə davranmaq lazım olduğunu, həyat yoldaşının, yaşlı insanların qarşısında necə davranmalı olduğunu öyrədirlər.
Nişanlı qız qohumların və yaxın qonşuların toylarından savayı, digər heç bir toyda iştirak etməməlidir. Qatıldığı məclisdə isə özünü ancaq izləyici kimi aparmalıdır.
 
Hər axşam nişanlı qızın yanına dostları və rəfiqələri gələr, "Gecə oturması" deyilən söhbət və əyləncələr təşkil edərlər. Nikahdan əvvəl dostlarıyla birgə qızın evinə rahatca girib-çıxan gələcək bəy, nişanlı olduğu müddətdə evin yaxınından keçməməli, qızın ailəsindən olan yaşlılarla qarşılaşmaqdan qaçmaq məcburiyyətində qalmalıdır.
 
Başlıq alma adəti
Başlıq (vuase) nikah əsnasında bəlli olur. Qabaqlar başlık üçün iribuynuzlu heyvan və cins bir at verilərdi. Bu da ailənin imkanına görə dəyişərdi. 1950-ci illərdə iki at, iki öküz və 500 lirəydi (yazı türk saytından götürüldüyü üçün pul vahidi bu cür göstərilib). Nikahdan sonra qohumlar başlığı hazırlayardılar. Başlığı almaq üçün qız tərəfindən beş-altı kişi göndərilir, bunların arasında qızın əmisi və dayısı olur. Başlıq müzakirələri çox məsuliyyətli prosesdir və burda incə bir diplomatiya aparmaq lazım idi. Bu gün artıq başlıq pulu unudulmuş ənənə olaraq simvolik hal alıb.
 
Çərkəz mədəniyyətində toy "Nıseşecegu" və ya "cavan toyu" olmaq üzrə iki növə ayrılır. "Cavan toyu" əyləncə məqsədiylə daha çox gənclər arasında keçirilir. Gənclər qadınları toplayır və toy edərək öz aralarında əylənərlər. Bu toylarda ciddi qaydalar mövcud deyil və bunlar daha çox əyləncə məqsədlidir. "Toy etdik" deyilərkən, adətən, insanlar "kim evləndi ki, toy etdiniz?" deyə soruşurlar. Çərkəz mədəniyyətində isə toy etmək üçün mütləq birinin evlənməsi lazım deyil, 3-5 adam bir araya gəldisə, toy edə bilirlər və ya bir qonaqları gəldiyində onun üçün toy edə bilərlər. Lakin, qonaq Thamade (yüksək mövqe tutmuş biri) mövqeyindədirsə, ona toy edilməz.
Gəlin gətirmə, yəni "Nıseşecegu" də isə, gəlinin yaşadığı yerə gedilərək gəlin gətirmədir. Bu hadisə 3 gün, 5 gün, bəzən bir aya qədər çəkər. Gəlin gətirmə hadisəsi xüsusilə qış dövrlərinə, iş az olan vaxta salınar ki, uzun-uzadı əylənə bilsinlər. Qeyd edək ki, qadın çərkəzlərdə xüsusi hörmətə layiqdir. Bu səbəbdən nazlandırılar, qayğısı çəkilər. Hələ gənc qızlar daha çox nazlandırılır. Heç bir çərkəz qızı çağırılmadan, buyur deyilmədən toya qatılmaz. Bu səbəblə, toydan əvvəl toy edən ailə, qızlarının (qızları yoxsa yaxın bir qohumlarının) yanına bir cavanı qoşaraq, ev-ev gəzib-dolaşırlar və gənc qızları toya çağırırlar.
 
 
Toy qutardıqdan sonra evlərindən alınan gənc qızlar təkrar həmin hörmətlə evlərinə qaytarılar.
Gəlin gətirməyə gedənlər gəlinin kəndinin girişindən başlamış, evin həyətinə daxil olana qədər əylənməyə çalışarlar. Bu mərasimdə atlı gənclər olar və bu gənclərin ən başlıca vəzifəsi avtomobilin qırmızı örtüyünü qaçırtmaq olar. Gəlini evdən çıxarıb maşına mindirmək vəzifəsi isə, bəyin qardaşının və ya yaxın qohumlarından birinin vəzifəsidir. Gəlini oturduğu yerdən qaldırmaq və otaqdan çıxarmaq üçün də "haqq" ödəmək lazımdır. Ayrıca həyətdən və kənddən çıxarkən gənclər tərəfindən yolu kəsən olarsa, keçmək üçün pul ödənilməlidir. Gəlinlə birlikdə, adətən, yengəsi, xalası, bibisi, onların övladları "gəlin dostu" kimi gələr və ərinin evinə köçənə qədər onunla birlikdə qalarlar. Keçmiş adətə görə gəlin bəyin bir qohumunun və ya dostunun evinə gətirilir və gəlin çıxarmağa qədər orada qalardı. Ancaq uzun zamandır gəlin birbaşa bəyin evinə gətirilir. "Voraydade" mahnısı altında maşından endirilir və xüsusi hazırlanmış otağa götürülür. Bu zaman maraqlı bir hadisə yaşanır. Bəyin yaşlı nənəsi varsa, evdən qaçır və gözəl sözlərlə, şirin dilə tutularaq geri gətirilir.
Çərkəz toylarının kökünə nəzər salsaq, toylarda oturmaq yoxdur. Yaşlı, gənc, toya qatılan kim olursa-olsun oturmaz. Yalnız evli qadınlar kənarda, bir küncdən toyu seyr edərlər. Lakin indi adətlərdə bir qədər dəyişiklik var, toy edilərkən qızlar otururlar. Bunun xüsusi təşkil edilməsi lazımdır. Gənclərdən biri, bir cavan və ya bir qız oturursa, digər gənclərin toya qatılmasını təmin etməlidir.
 
Toyda kişilər bir tərəfdə, qadınlar bir tərəfdə düzülür. Toy edilən yerin ən rahat tərəfi qızlara verilməlidir. Ən sağ başda, "baş qoruyucu" deyilən biri dayanar, onun yanında "şahzadə" dayanar. Onun yanında qonaqların içində varsa qız, daha sonra cəmiyyətdəki ictimai yerlərinə görə digər kəslər, ən sonda da toy sahibi ailədən bir qız iştirak edərlər. Bu qızın yanında da qoruma vəzifəsində biri dayanmalıdır.
Toylarda qızlar sırayla rəqsə çıxar, kişilərdə isə sıra yoxdur. Lakin onlar da təsadüfi bir şəkildə çıxa bilməzlər. Bir cavan oğlanın gözü bir qızı tutubsa, onunla rəqs etmək istəyirsə, o qızın sırasına yaxınlaşar, rəqs etməyə başlayar. Özbaşına rəqsə çıxmaq olmaz. "Hatiyako" (toyda oyuna çıxma sırasını idarə edən şəxs) dediyimiz adamı cəzalandırar, hatiyakonun icazəsini gözləməyi tapşırar.
Toylar uzun çəkdiyi və toy müddətində ayaq üstə dayanıldığı üçün qrup-qrup, əvvəl qonaqlar, sonra digərləri istirahət və dincəlmək üçün dəvət olunarlar. Toydan istirahət üçün çıxarkən böyük olan birilərindən icazə alınar, geri qayıtdığında da təkrar gəldiyi bildirilməlidir. Yəni indiki şadlıq evlərində edilən toylarda olduğu kimi toya təsadüfi girilib çıxılmaz.
 Bəy bütün toy zamanı bir dostunun evində qalar. Sağdış və köməkçisi (şavokodze) lazım olan hər şeyi etmək üçün məsuliyyətli sayılarlar. Dostları, toya gələn gənclər bəi burada ziyarət edərlər. Uygun bir fürsətdə bəy qaçırılar və qurtarma başlığı alınaraq geri verilər. Toyun son günü, yəni gəlin gətirildikdən üç, dörd gün sonra "bəy çıxarma" mərasimi olar. Bəy dostlarının müşayiəti ilə öz evinə gətirilər...
(səs: 6)
Şərhlər: 8
Baxılıb: 4 842
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri