Gülü atıram tutanındır :)

Müəllif: my_angel
Şərhlər: 12
Baxılıb: 6 802
Səs ver:
(səs: 5)
Avropalaşma prosesi... Həyatımızda başqa günlük məsələlərdə olduğu kimi indiki toylarımızda da Avropadan çox şeylər götürürük. Məsələn, şərab içmə, gəlinin gül atması və s. Sözüm də elə məhz bu gül atma işindəndir.  Əslində özümüzdə  bənzər adətlər var. Yəni nəinki toy günü ilə əlaqədar, məsələn elə Novruz bayramını götürək. Bu bayramda bilirik ki, fala baxma mərasimləri keçirilir ki, hansı ki, bu fallarla hansı qızın, nə vaxt ərə gedəcəyi və ya yuxusunda gələcəyini paylaşacağı şəxsin kim olacağı, ya da onun adının baş hərfi və s. müəyyən olunur.Şəxsən çox da belə şeylərə inanmasam da, bunlar adama maraqlı gəldiyi üçün insan özünü belə falların, adətlərin içində tapa bilir..

Nə isə mövzudan yayınmayım..

Əfsanəyə görə, gözəl bir gəlin var imiş.
Onun bəmbəyaz paltarı, füsunkar fatası və çox gözəl gül buketi var imiş, hansı ki, o buketin güllərini meşə heyvancıqları toplayıbmış. Nəhayət ki, toy günü gəlir və gəlin öz buketini arxaya rəfiqələri üçün tullayır və bu gülü  analığının və onun qızlarının zülmündən əzab çəkən, gözəl, səmimi və sakit bir qız tutur və elə bu an qız bir princessaya çevrilir, hansı ki, əlindən də bir princ oğlan tutmuş olur. Elə yer də var ki, orda buket atmırlarmış. Gəlinin gözü bağlanırmış, qızlar onun ətrafında adirə quraraq düzülərmişlər və gəlin ortalıqda bir az gəzinib və sonra qızlardan kiməsə yaxınlaşıb öz gülünü ona verərmiş.. Çoxları isə ümumiyyətlə, öz təbii güllərini atmazlarmış, onun əvəzinə "dublyor” olaraq saxta gül atarlarmış. Öz güllərini isə toydan sonra qurudub, oğlanın yastığının altına tökərlərmiş. Guya bunun sayəsində oğlan ancaq bu gəlini sevəcək və heç vaxt onu aldatmayacaqmış.. Maraqlı əfsanələrdir, hansı ki, bu gün bunlar yaşanır.. Avropa adətlərinə əməl ediriksə, gəlin bu adətlərə doğru-düzgün, olduğu kimi də yanaşaq.Yəni bizdə bu gül atma anında  işin gülməli yanı budur ki, bu gəlin gülünü atarkən subay və ya evli oğlanların, ərli qadınların gəlinin arxasında durub, gülü tutma cəhdi.. Vallah mən bunu başa düşə bilmirəm ki, bu maraq nəyə?! Tutaq ki, ərli, evli olanlarınki bir məzədir, bəs bu subay oğlanların gülü tutma cəhdi nə deməkdir? Oğlan ki gəlin getmir.. Gəlin gülü atır və arxada ancaq və ancaq subay qızlar dayanır və hansı qız gülü tutarsa adəti üzrə guya gələn il bu vaxt  ərə gedən məhz o qız olacaqdır. Bura oğlanın nə aidiyyatı?!  Bir də elə həvəslə tullanıb, o gülü tuturlar ki…))) Hələ qızları da əzişdirirlər..Yaman evlənmək həvəsi. Ay oğlanlar gəlin gül atan zaman arxada ancaq subay qızlar durmalıdır, vəssəlam! Qısacası bazar-vağzal.. Avropanınki olsa belə nə adət var, nə də ənənə…
(səs: 5)
Şərhlər: 12
Baxılıb: 6 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri