Qonaqpərvərlik - Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 464
Səs ver:
(səs: 2)
Qonaqpərvərlik xalqımızın əxlaqında xüsusi yeri olan bir keyfiyyətdir. Ən qədim zamanlardan bəri Azərbaycan xalqı qonaqpərvərliyi, qonağa xüsusi dəyər verməsi ilə digər xalqlardan seçilmişdir. Dədə-babalarımız özlərinə ev tikərkən mütləq qonağ nəzərə almış, onun üçün ayrıca otaq nəzərdə tutmuşlar. Evdə qonaq üçün həmişə ehtiyat yorğan-döşək, qab-qacaq, gözlənilmədən gələ biləcək qonağın yeməsi üçün ehtiyat ərzaq tədarük edərdilər.
Bu gün də bu adət yaşamaqdadır. Ən darısqal mənzillərdə belə, otaqlardan biri qonaq üçün bəzədilir. Hər evdə mütləq "qonaq otağı" deyilən bir otaq vardır. ora həmişə diqqətdə saxlanılır ki, istənilən vaxt gələn qonaq üçün səliqə-sahman, rahatçılıq olsun. Kənd yerlərində gözlənilmədən gələn qonaq üçün toyuq-cücə bəslənilir. Maddi imkanı olanlar isə bu məqsədlə qoyun-quzu bəsləyirlər. Hamı qonağı layiqincə qarşılayıb, yola salmağı özünə borc bilir. Bu, xalqımızın dədə-baba qanunudur.

Qonaq nədir, kimlərə qonaq deyilir?
Qonaq sığınma, qorunma kimi xüsusi şəfqət və mərhəmətə ehtiyacı olan adama deyildiyi kimi, həm də hər hansı bir səbəbə görə başqasını ziyarət edənlərə də deyilir.
Əxlaqımıza görə bu sadalanan halların hər hansı birində kiminsə qapısını qonaq açmışdırsa, ev shibi maddi çətinlik qarşısında qalmış olsa belə, ona lazımi

Qonaqpərvərlik göstərməyə borcludur.
Bəs əxlaqımıza görə qonağı qarşılamaqda, ona qulluq etməkdə və yola salmaqda hansı qayda-qanunlar vardır və onlar necə yerinə yetirilməlidir? Gəlin, qonaq qarşılamaq, qulluğunda durmaq, yola salmaq kimi mərhələlərdə bəzi etiket normalarını bir-bir nəzərdən keçirək. O zaman əxlaqımızın gözəlliyi və böyüklüyünü bir daha dərk etmiş olacağıq.

Ev sahibinin öz geyim-keciminə diqqət verməsi.
Mənəviyyatımızın ilkin əmrlərindən birinin təmizlik olmasını bilirsiniz. Buna görə də qonaq qarşılayarkən təmiz, səliqəli, zövqlə geyinmək dədə-babadan qalma adətimizdir. Əxlaqımız evə qonaq gəldikdə ev əhlinin təzə, təmiz, səliqəli geyinməsini vacib sayır. bu, həm də qapına gələn qonağa sevindiyini ifadə edir.

Gülərüzlə qarşılamaq və qəbul etmək
Qonağı gülərüzlə, məmnunluqla qəbul etmək ona göstəriləcək qonaqpərvərliyin ilkin əlamətidir. Qonağın salamını gözəl şəkildə, gülərüzlə almaq da əxlaqımızın əmridir. Nahaq yerə demirlər ki, qonağı gülərüz qarşılayıb salamını gözəl şəkildə almaq qonaqpərvərliyin yarısıdır. El arasında birisinin qonaq getdiyi yerdən gec gəlməsini zarafatla "Niyə gecikdin, yoxsa salamını ucadan almışdılar?" - deyərək qeyd etmək də bu fikri sübut edir. Deməli, qonağı gözəl qarşılamaq, salamını alıb "xoş gəlmisən" demək, sevinc içərisində evə dəvət etmək qonağı qarşılayanların əxlaqının gözəlliyindən xəbər verir.

Qonağı bir müddət təkbaşına buraxmaq
Qonağı gözəl qarşılayıb istirahət edəcəyi yerə (otağa) apardıqdan sonra uyğun bir şəkildə onlardan ayrılıb, bir müddət təkbaşına buraxmaq İlahi əxlaqın uyğun gördüyü davranışdır. Çünki yol gəlmiş, xüsusilə də uzaqdan gəlmiş qonaqlar bir az rahat olmaq, özlərini, st-başlarını səliqəyə salmaq istəyər, lakin bunu ev sahibinin yanında etməkdən utanarlar. Qonağı evə girən kimi uzun-uzadı söhbətə tutmaq, onlara dərhal yemək gətirmək, yorğunluqlarını nəzərə almamaq doğru deyildir. Qonaqlara yuyuna biləcəkləri yer göstərilməli, onların özlərini sərbəst hiss etmələri qayğısına qalınmalıdır. Bununla yanaşı qonağı uzun müddət təkbaşına buraxmaq da ədəbdən deyildir. Qonaq qəbul edən adam çox həssas olmalıdır.
Qonaqpərvərlik - Sən bizim ellərin ruhuna bir bax, Bizdən inciməmiş bir əziz qonaq...

Yemək hazırlamaq
Əgər qonağın gələcəyi əvvəlcədən bəllidirsə, yemək öncə hazırlanmalıdır, yox, qonaq qəflətən gəlmişdirsə, təlaşa düşmək, hy-küy salmaq, qab-qacağı bir-birinə vurmaq lazım deyil. Yemək nə qədər gizli və səs-küysüz hazırlansa, bir o qədər münasib olar, qonağı narahat etməz, utandırmaz. Əxlaqımız qonaq qarşılayarkən yalnız hazır yeməyi gətirməkdə gecikməməyi tövsiyə edir.
Yemək hazırlayarkən ehtiramlı davranışlardan biri evdə olanın ən gözəlini hazırlamaqdır, yoxsa mümkün olmayan şeylər üçün ora-bura qaçmaq şərt deyildir.
Qeyd etmək lazımdır ki, şəhərdə yaşayanlar üçün dükan-bazara getmədən yemək hazırlamaq mümkün olmaya bilər. Bu zaman gördüyü işi nmayişkəranə kimi diqqətə çatdırmaq ədəbsizlik olar. Nəzərə almaq lazımdır ki, qonağa yemək yedirmədən, əgər bundan imtina edirsə, meyvə, çay təklif etmədən yola salmaq mənəviyyatımıza uyğun deyildir.

Yemək təqdim etməyin ədəbi
Qonaqlara yemək, imkan daxilində, ayrıca yemək otağında təqdim edilir. Əgər qonaqlar evin ayrı mərtəbəsində, yaxud qonaq üçün ayrılmış xüsusi evdə yerləşdirilmişlərsə, bu zaman yeməyi oraya aparmaq lazımdır. Yemək əsnasında onlarla xoş söhbət etmək məsləhətdir, lakin bu zaman da uzun-uzadı, qonağı maraqlandırmayan, bezdirən söhbətlərə yol vermək olmaz. Uşaqlar bir qayda olaraq öz yaşıdları, balacalarla söhbət edərlər. Bu zaman onlar ucadan danışıb-gülməməyə diqqət yetirməli, bu hərəkətləri ilə böyükləri narahat etməməli, onların diqqətini yayındırmamalıdırlar. Onlardan söz soruşmadıqları halda söhbətə qarışmaq, böyüklərin sözlərinə əlavələr etmək, sözlərinə düzəlişlər vermək kimi hərəkətlər ədəbsizlik olar.

Qonağa yeməyi başlamağa təklif etmək lazımdır, lakin çox təklif etmək, yeməsi üçün and içmək qətiyyən uyğun deyildir. "Mən ölüm, bunu da ye", "Sən Allah, bundan da götür" şəklində iltifat əxlaqımıza uyğun deyildir. Qonağa bir təklifi ən çox üç dəfə etmək münasibdir. Çalışmaq lazımdır ki, qonaq yeməyi özü götürsün. Onun boşqabına ev sahibinin yemək qoyması qonağı narahat edər. Uşaq və gənclər öz yaşıdlarına və özlərindən yaşca kiçiklərə qulluq göstərməlidirlər.
Qonağın yeyib-yemədiyinə diqqət etmək lazımdır, lakin ev adamının qonağın ağzına baxması, tez-tez boşqabına, ağzına apardığı tikəyə baxması ədəbsizlikdir.
Qonaqların yola salınması
Qonaqları qarşılayanda gülərüz olduğunuz kimi, yola salanda da gülərüz olun, təkrar qonaq gəlmələrindən məmnun olacağınızı səmimi qəlbdən söyləyin. Bu, qonağı məmnun edər. Qonağı qapıyadək yola salmaq, əgər yol qaranlıq və qonaq yola nabələddirsə, yoluna işıq tutmaq, yaxud da münasib yerədək yola salmaq əxlaqın gözəlliyinin əlamətidir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 464
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri