Adını mən verdim, yaşını Allah versin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 575
Səs ver:
(səs: 2)
Dədə Qorqud cəmiyyətində yeni doğulan körpəyə indiki kimi uşaq hələ anadan olmamış ad qoymazdılar. Bir müddət keçər, uşağın bu və ya digər xüsusiyyətini müşahidə edər və həmin xüsusiyyətə uyğun ad seçərdilər. Yalnız bundan sonra el ağsaqqalı Dədə Qorqud gəlib "Adını mən verdim, yaşını Allah versin” deyərdi.

Hər bir ad antroponimik vahiddir. Antroponimiya şəxs adlarının mənşəyini, prinsip və qanunlarını öyrənən dilçilik bölməsidir. Dilimizdəki antroponimlər yaranma əsaslarına görə igidlik, şöhrət, gözəllik, dini-mifoloji və digər məzmunlu adlardır. Bu adların çoxu dilimizə vaxtilə ərəblərin, farsların Azərbaycana kütləvi axını ilə daxil olmuşdur. Zaman keçdikcə ərəb-fars işğalı aradan qalxmış, bu dillər isə mədəniyyət göstəricisi kimi həyatımızda yaşamaqda davam etmişdir. Onlar dilimizə uyğunlaşmış, özlərinə leksik mühit qazanmış, şirinləşmiş və beləliklə, türk antroponimikasına xidmət etmişdir.
Bu saytın tələbləri baxımından biz yazımızda, sadəcə, antroponimikanın bəzi ümumi məlumatları ilə kifayətlənib, fikrimizi daha çox adlarımız haqqında düşüncələrə həsr edirik.
İlk yazılı abidəmiz olan "Kitabi-Dədə Qorqud" dastanları Xalqımızın adqoyma ilə bağlı təsəvvür və münasibətlərini dəyərləndirmək baxımından əvəzsiz mənbədir.

"Kitabi- Dədə Qorqud” dastanlarında ağzıdualı ailələr övlad arzusu ilə Tanrıya üz tutar, əl uzadarlardı. Tanrı da həmin ailələrə övlad bəxş edərdi. Oğuz eli yeddi gün, yeddi gecə bu sevinci bayram kimi qeyd edərdilər: şadlıq məclisi qurular, boy boylanar, soy soylanardı. Dədə Qorqud cəmiyyətində yeni doğulan körpəyə indiki kimi uşaq hələ anadan olmamış ad qoymazdılar. Bir müddət keçər, uşağın bu və ya digər xüsusiyyətini müşahidə edər və həmin xüsusiyyətə uyğun ad seçərdilər. Yalnız bundan sonra el ağsaqqalı Dədə Qorqud gəlib "Adını mən verdim, yaşını Allah versin” deyərdi.
Oğuz eli də Tanrının dərgahına əl uzadıb "Amin” deyərdi, dualar qılardılar.
Yəqin ki, söhbətin adlarla bağlı olacağı hamıya aydın oldu. Axı ad insanın yaraşığıdır. Axı adımız olmasa, bizi ümumidən seçə bilməzlər. Buna görə də uşağa ad seçərkən diqqətli olmaq, adın gözəlliyinə və məna xüsusiyyətlərinə fikir vermək lazımdır. Elə ad seçmək lazımdır ki, övlad yaşa dolduqca daşıdığı adın mahiyyətini öz üzərində hiss etsin. Məsələn, valideyn övladına "Cəsarət” adını qoyub, amma məlum olur ki, bu uşaq axşam düşəndən sonra qonşuya getməyə qorxur və yaxud uşağın adı "Alim”dir, Alim isə 4-cü sinfi iki ilə güc-bəla bitirib. Deməli, ad seçmək hələ işin hamısı demək deyil. Gərək valideyn övladaının şəxsiyyət kimi formalaşmasına, adının daşıdığı mənaya uyğun yetişməsinə səy etsin.

Bu gün diqqəti cəlb edən bir məsələ də valideynlərin övladlarına öz valideynlərinin adını verməsidir. Cəmiyyətin bu cür adqoymaya münasibəti birmənalı deyildir. Məsələn, Vəliyev Həsən Tofiq oğlu öz nəvəsinə "Tofiq” adını qoyur. Fikir verin, bu ad səslənəndə baba nəvənin oğlu kimi səslənir, həm də baba gəlib nəvənin yerində dayanır. Qatmaqarışıq olduğu kimi bir qədər də qeyri-etik münasibət yaranır. Yaxından münasibətim olan bir ailədə bunun şahidi olmuşam. Nəvəyə babanın adını qoyublar. Baba artıq haqq dünyasındadır. Nənə deyir ki, birdən elə vəziyyət yaranır ki, gəlin uşağa acıqlanıb, dilucu olsa da "qarğış" edir. Deyə bilməsəm də, ürəyimə toxunur. Digər tərəfdən, babanın adını daşımaq həm də uşaqlar böyüyəndən, bunu dərk edəndən sonra onları müəyyən çərçivəyə salır, sanki uşaq öz adıyla yox, babasının adıyla yaşamalı olur.
Körpəyə istənilən adı seçmək məsələsi də əhəmiyyət kəsb edir. Əlbəttə, valideynlər ad seçimində müstəqildirlər. Buna baxmayaraq, ümumi razılaşdırılmış normalar gözlənilməlidir. Bəziləri ancaq milli adların seçilməsini vacib sayırlar. Amma onu da unutmaq olmaz ki, yuxarıda qeyd etdiyimiz kimi ərəb- fars mənşəli sözlər illərin qovuşuğunda özünə yaşamaq hüququ qazanıb, bir növ özümüzünküləşib. Bir də unutmaq olmaz ki, İslam dini bütün müsəlmanlarındır, bu dinlə bağlı şəxs adları da bütün müsəlmanlarındır.
Uşaqlar yaşa dolduqca, bu adın mənasını anladıqca daşıdıqları adın ruhunda böyüyür, bu adın yazılışı və tələffüzündəki incəlik onun əqidəsinə işıq tutur.Odur ki, övladınıza ad qoyarkən yüz ölçüb, bir biçməlisiniz. Biz gəldi-gedərik, amma həyat davam edəcək. Biz bir xalq, millət olaraq tarixlərə gedib çıxa bilmək üçün mədəniyyətimizi, tariximizi, dinimizi, adət-ənənələrimizi qorumalı və yaşatmalıyıq. Bu baxımdan övladlarımıza verdiyimiz adlar da öz cövhərində milliliyi, türk ruhunu yaşatmalıdır.

İndi isə sizə 5 oğlan və 5 qız adının mənşəyi və izahını təqdim edirik.
Aysel – türk və ərəb mənşəlidir, ay işığı, ayın işığı, ayın nuru, eləcə də ay təkin, ay kimi, aya bənzər mənalarını ifadə edir.
Aygün - Ay və Günəş; abır, həya, ismət və Günəş-hərarət kimi rəmz mənalarını bildirir.
Aytac - türk və fars mənşəlidir,ayın haləsi,ay işığı deməkdir.
Ayçin- aya bənzər, parlaq, büsatlı
Bəyaz- ərəb mənşəlidir, ağ, ağ rəng mənasını ifadə edir.
Anar- yada salar, anan, anlayan, başa düşən,
Pərviz – fars mənşəlidir, parlaq, aydın; pərvazedən, qanadlanan mənasında
Pərvin - fars mənşəlidir,Ülkər, Sürəyya, Yeddiqardaş (ulduz)
Dəyanət - ərəb mənşəlidir, əslində "diyanət" kimi işlədilir; dəyanətli, dözümlü deməkdir.
Vüsal - ərəb mənşəlidir, görüşmə, qovuşma, birləşmə mənasındadır.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 3 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri