Qonaqlığa necə dəvət edilir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 245
Səs ver:
(səs: 1)
Dəvətlər şəxsən və ya yazılı olaraq edilir. Bir dəvətin necə ediləcəyi; qonaqlığın xüsusiyyətinə, qonaqların statusuna və şəxsiyyətlərinə, qonaqlıq sahibi ilə qonaqların yaxınlıq dərəcəsinə və çağırma tarixi ilə dəvət tarixi arasındakı müddətə bağlı olaraq dəyişir.

Şifahi dəvət növündə diqqət yetirilməsi lazım olan məqam odur ki, qonaqlığı açıq və dəqiq bir şəkildə ifadə edilməlidir. Həmçinin qonaqlığın xüsusiyyəti də açıqca ifadə edilməlidir ki qonaqlar arasında sonradan çaşqınlıq olmasın. (İçkiyə dəvət edilmiş bir qonağın, axşam yeməyinə dəvət edildiyini zənn etməsi kimi.)

Sözlə edilən dəvətlərin unudulma ehtimalına qarşı həmçinin bir xatırlatma kartı ilə təsdiq edilməsi də nəzakətli bir davranışdır.

Çaylar, yoldaşlar arasındakı kiçik miqyaslı yeməklər, kokteyl, qonaqlıqlar, yeməkdən sonra içki, il dönümü və ad günü şənlikləri, restoranda yemək və gəzinti kimi dəvətlər sözlə edilir. Yazılı dəvətnamə kartı şərt deyil. Ancaq çox adamın çağırılmasını düşünürsünüzsə, buna sözlə dəvət uyğun deyildir, yazılı dəvət etmənizdə fayda vardır.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 3 245
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri