Kədərin və xoşbəxtliyin bir vaxtda yaşandığı
xına gecəsində gəlin həm ağlayır, həm də gülüb əylənir. Gəlinin və bəyin
qadın qohumları və dostları toydan bir neçə gün əvvəl təşkil olunan
xına gecəsində gəlinə xına yaxırlar. Son vaxtlarda bu mərasimi təşkil
edən bir çox təşkilatlar da mövcuddur. Bəs illərdən bəri gələn bu xına
mərasiminin mənası nədir? Biz sizə xına yaxmağın nə mənaya gəldiyini
araşdırıb yazmışıq.
Xınanın cütlükləri nəzərdən qoruduğuna inanılır
Xına
yaxmaq köhnə islam ənəələrindəndir. Keçmişdə yaşayanlar xınanın
cütlüklərin bir-birinə daha möhkəm bağlanmaq, eşqlərinin davamlı
olmasını təmin etmək üçün yaxıldığını deyirlər. Həmçinin evlənən
cütlükləri nəzərdən və pis əməllərdən qoruduğuna da inanılır.
Həm ağlayaram, həm gedərəm
Xına
mərasiminin təşkil olunması həm toydan əvvəl hər iki tərəfin
qadınlarını bir-birinə yaxınlaşdırır, həm də "Həm ağlayaram, həm də
gedərəm” ruhunu yansıdır.
Bundan əlavə
xınanın qırmızı rənginin sevgi və söhbət hisslərini oyatdığı da
deyilir. Təbii ki, bu cür inanclara inanmaq sizə qalıb. Lakin
keçmişlərdən bu günə qədər davam edən xına mərasimi həm hər iki tərəfin
bir-birinə yaxınlaşması, həm də gənc qızların əylənməsi baxımından
hamının keçirməyə çalışdığı toy adətlərindəndir.