Xalq inancları

Şərhlər: 10
Baxılıb: 7 962
Səs ver:
(səs: 1)
İnsanın yatış tərzi haqqındakı inanclar:
İnsanlar 4 formada yatırlar:
1)Üləmalar, əsil-nəcabəti olan  adamlar- arxası üstə yatırlar.
2)Mömün adamlar- sağ böyrü üstə yatırlar.
3)Həkimlər sol üzü üstə yatırlar ki, yedikləri tez həzmə getsin.
4)Bəd xasiyyətli adamlar  üzü üstə yatmağı sevirlər.
Saç qırxdırmaq günləri haqqındakı inanclar:
1)Təzə ayın 2-də saç kəsdirsən yaxşı əlamət sayılır.
2)Ayın 5-də sənə şadlıq və sevinc üz verər.
3)Ayın 7-də adamın  mənfəəti olar.
4)Ayın 9-da arzun həyata keçər.
5)Ayın 10-da xeyirxahlıq görərsən.
6)Ayın 12-də hörmət sahibi olarsan.
7)Ayın 14-də  şadlıq olar.
8)Ayın 15-də  hörmətlə qarşılaşarsan.
9)Ayın 19-da səmimilik olar.
10)Ayın 20-də gələn bəlalardan  uzaq olarsan.
11)Ayın 26-da halal qazanca yetişərsən.
12)Ayın 30-da evində həyat yoldaşın tərəfdən  istəkli olarsan.
Müxtəlif inanclar:
1)Qeyri-qanuni uşaq doğulduqda, həmin uşaq anadan olan kimi əsib-titrəməz, səsi çıxmaz, ağlamaz.
2)Ay tutulanda yerə bəla gələr.
3)Burnu əyri, gözündə xalı olan  adam hiyləgər olar.
4)Burnu dik olan adam məğrur olar və ucalıq sevər.
5)Boyu uzun, ayağı böyük olan adam çox vaxt düz adam olmaz.
6)Günəş batarkən  qırmızı rəngdə olması  ilə yerə gələn bəlanı qovur.
7)Qaşlarının arası enli və tüksüz olan adam adətən xeyirxah olar.
8)Səfərə gedərkən yolun  qiblə səmtinə  düşmürsə, onda həyətindən çıxmamış  6 addım  qiblə  səmtinə addımladıqdan sonra səfərə çıx. Belə etsən  səfərin uğurlu olar.
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 7 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri