Fərqli inanclar

Şərhlər: 4
Baxılıb: 3 918
Səs ver:
(səs: 2)
Әli böyuk olan xoşbәxt, әli uzun olan oğru olar — deyәrlәr.

Әli soyuq olanın ürәyi isti olar — deyәrlәr.

Әrə verilәn qızı ocağın başına dolandırarlar. Deyәrlәr ki, «qoy odlu-ocaqlı olsun».

İki nәfәr baş-başa verәrsә, deyәrlәr evә qonaq gәlәcәk.

İlğın, söyüd sonsuz sayılar. İlğın ağacı ilә һeyvanı vursan azarlar — deyәrlәr.

İlk övlad yağan doludan birini götürüb dişlәsә, deyәrlәr dolu kәsәr.

İlin payız fәsli, yazın әvvәlki ayları yağmurlu keçәrsә — deyәrlәr mәһsul bol olacaq.

Yaşılgöz xain, insafsız olar — deyәrlәr.

Yerә isti su tökmәzlər. Guya yerdә cin olur, amma gözә görünmür. Guya isti su atsan, cinin üstünә tökülüb onu yandırar.


Gecә vaxtı evdən başqa yerә od verməzlər. Deyәrlər ki, onda ev ziyanlıq çəkər.

Gecə tövlәdə olan at bәrk tәrlәsә, quyruğu düyülsә, deyәrlәr guya onu ya cin, ya һal minib çapıb.

Göz ağı çox olan paxıldır — deyәrlər.

Göz qapaqları incә olan adamın aqlı çox olar – deyərlәr.

Göz gilәsnidә xal olan adamı ağıllı hesab edәrlәr.

Göz qapaqlarını üst-üstә yeddi dәfә qapayana: — Cinlәri qәzәblәndirir — deyәrlər.

Gözlәri yol çәkәn adamın evinә qonaq gələr — deyәrlәr.

Görsələr payızda yarpaqlar tez töküldü — deyәrlәr bu qış sərt keçәcәk.

Guya başından bir tük ayrılıb üzünә düşsә, deyәrlәr qonağın gəlir.

Mavi gözlü adamın baxdığı hər şeydә gözü qalar — deyәrlәr.

Ov sәnә baxarsa onu vurma, gözü yolda qalanı var — deyәrlәr.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri