Bizim inanclar

Şərhlər: 4
Baxılıb: 4 060
Səs ver:
(səs: 1)
Od (atәş) һisli olarsa, uzaqdan bir yolçu gәlәcәkdir — deyәrlәr.

Odun gecә һis elәmәsi yaxşı nişan deyil — deyәrlәr, guya onda şeytan gәlәr.

Sağ gözü səyriyən adama sevinәcәk, sol gözü sәyriyən adama kәdәrlәnәcәk — deyәrlәr.

Sağ qulağı qızaran adamın arxasınca yaxşılığa, sol qulağı qızaran adamın arxasınca pisliyә danışıldığını deyәrlər.

Sağ ovuc qaşınarsa, pul gәlәcәyi, sol ovuc qaşınarsa, pul gedәcәyi güman edilir.

Sәpilən toxum oğurluq olsa bitmәz — deyәrlәr.

Sәfәrə gedәnin dalınca su atarlar. Deyәrlәr qoy aydınlıq olsun.

Səhәr ev adamları çörәk yemәzdәn әvvәl başqa evә, başqa adama çörək versә, ev bәrәkәtsiz olar – deyərlәr.

Saçında vaxtsız ağ tük olan adama xoşbәxt olacaq – deyərlәr.


Taxıl çuvalının üstündә otursan bәrəkətsiz olar — deyәrlәr.

Tәndirdә bişәn ilk çorәyi yesәn arvadın ölәr — deyәrlәr.

Uşağın dişi çıxanda һәdik bişirərlər. Deyərlәr, dişi bәrkisin.

Üzәrlik muqәddәs bitki sayılar. Deyәrlәr ki, üstündә üzәrlik gəzdirәnә göz dәymәz.

Xalq arasında çәrşәnbəni nəhs gün һesab edәrlәr. Deyәrlәr, nə sən gәl, nə də ilin axır çərşənbəsi.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 4 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri