Xalq xəzinəsindən 40 inanc

Şərhlər: 6
Baxılıb: 5 630
Səs ver:
(səs: 2)
1. Ağartı çox yeyənin ömrü uzun, ət yeyənin ömrü gödək olar.

2. Anadangəlmə keçəl bic, hiyləgər olar. Onun qurduğu kələkdən fələk də baş aca bilməz.

3. Alnı açıq adam ağıllı, zəkalı olar.Alnı dar,saç basmış adam,ağıldankəm olar.

4. Anaya qənim olan övladın balası, böyüyəndə özünə qənim olar.

5. Alından öpmək böyüklük, gözdən öpmək ayrılıq, üzdən öpmək yaxınlıq əlamətidir.

6. Baharın son çərşənbəsində pis danışan adam, ömrü boyu nəs danışar.

7. Boz ayda ağac kəsənin uğuru xeyir tapmaz, gözü həmişə yaşlı qalar.

8. Burunun qaşınması xəta, dava-şava əlamətidir.

9. Boynu içində olan adam pis niyyət, kəmfürsət olar.

10. Qaşı, kipriyi uzun olanın qaraciyəri zədəli olar.

11. Qoyuna, quzuya, naxıra daş atan, öz baxtına, taxtına daş atar.

12. Duzlu xörək, çörək bişirən qadın ərini çox istiyir.

13. Evdə şüşə qabın qəfildən sınması, çatlaması xoşbəxtlik, sınmaması isə bədbəxtlik əlamətidir.

14. Evin zibilini süpürən qapı ağzında saxlamaq günahdır,qarğışa düşməkdir. Murdarlıq əlamətidir.

15. Evdə ayaqqabının ağzı üsdə çevrilib qalması bədbəxtlik əlamətidir, evdən ölü çıxar.

16. Evdə bir kəsi hıcqırıq tutarsa, demək o, evdən oğurluq edib.

17. Əl-ayağının baş barmaqları iri olan adamın baxtı uğurlu, xeyirli olar.
 
18. Ərkən (oğlan,qız) yediyi qabın dibini təmiz sıyırsa, nişanlısı göyçək, ağıllı olar.

19. Iri bədənli adamın ürəyi geniş, xeyirxah olar, ziyankar, xain, xəbis olmaz.

20. It ulaması sahibinin evində bədbəxtliyin olacağı əlamətidir.

21. Gecə evdən duz, od vermən adam evinin bin-bərəkətini verər.

22. Gecə ev süpürmək ev-eşiyin bin-bərəkətini, xeyrini süpürməkdir.

23. Gəlin evə gələndə kişinin ayağını tapdaması evin hökmüranlığını əlinə almaq əlamətidir. Əlini tutub üzür istəyərsə hüquq bərabərliyi deməkdir.

24. Gözü göy, dişi seyrək adam başı boş, gic olar.

25. Göydə hər kəsin bir ulduzu var deyirlər. Ulduz şütüyəndə -deyərlər.

26. Güləndə, danışanda sifətində batıq görünən qız ailədə xoşbəxt olar.

27. Qız uşağına 9 yaşından 16 yaşına kimi sogan çox yemək məsləhət deyil. Bu yaşlarda soğana çox meyil edən qızlarda yetginlik, vaxtından əvvəl oyanma əlamətləri tez başlayır.

28. Nar yeyən yanındakına nar təklif etməzsə, ürəyinə qan damar.

29. Sağ göz səyriyəndə xoşbəxtlik, sol göz səyriyəndə bədbəxlik elamətidir.

30. Solaxay adam tərs, inadkar, əli ağır olar. Dediyindən dönməz.

31. Süpürgə üstündən keçən adamın uğuru xeyir tapmaz.

32. Süfrəni kağızla silib, təmizləmək evdə dava-dalaşa, artıq söz-söhbətə səbəb olar.

33. Süfrədə əyləşərkən su və yağın tökülməsi aydınlıq əlamətidir.

34. Uğura çıxanın ilk dəfə qarşısına qadın çıxmaq pis əlamətdir.

35. Uğura çıxanın qarşısına pişik, dovşan çıxsa uğur xeyir tapmaz.

36. Uğura çıxanın qarşısına it, canavar, tülkü çıxsa, uğur xeyirli olar.

37. Uşağın qırxı çıxana qədər ona ad qoyulmazsa, o uşaq böyüyəndə yalançı olar.

38. Uşaq anadan olanda dilinə bal çəkirlər ki, böyüyəndə şirindil olsun.

39. Üzün od tutub yanması, həmin adamın pisinə kiminsə bəd söz söylənilməsi əlamətidir.

40.Qarşısından qara pişik keçənin işi düz gətirməz.

Bəs sizin bildiyiniz hansı xalq deyimləri var?
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 5 630
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri