Gəlin buketi

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 3 290
Səs ver:
(səs: 1)
Gəlinliyin imtina edilməz parçası gəlin buketləri, hər mövsüm fərqli çiçəklər açarkən gəlinlərə də xoşbəxt bir ömür və şans təqdim edir.

Gəlin buketlərinin haradan çıxdığına dair dünyada bir çox hekayə yer alır. Bütün bu hekayə və əfsanələr sehrini itirmədən indiki vaxtda da varlığını hiss etdirməyə davam edir. Gəlin buketlərinin ortaya çıxışı köhnə Roma və ya Yunan tarixinə söykəndiyi deyilir. Bir rəvayətə görə də o dövrün İngiltərəsində ildə bir dəfə duş qəbul edildiyindən; gəlinlər, murdar qoxuları bəyləri ürkütməsin deyə əllərində təzə və qoxulu çiçəklərlə mərasimdə iştirak edərdilər. Gəlin buketlərin də istifadə edilən hər bir bitki ayrı bir diləyi və hekayəni içində saxlayır.
Bir zamanlar bir gəlin əlindəki buketi subay qızlara şans gətirsin deyə atmış o gündən bəri nə subay qızlar nə də gəlin namizədləri gəlin buketlərindən imtina edə bilmir.

Gəlin buketi və aromalı sehrli bitkilər
Qədim Romada və Skandinaviya mədəniyyətlərində gənc qızlar toy mərasimlərində şans gətirməsi və pis ruhları qovmaq üçün aromalı otlar daşıyardılar. Eyni zamanda Yunan mədəniyyətində möhkəm və uzun ömürlü əlaqəni simvollaşdırmaq üçün aromalı bitkilərin yanında sarımsaqda istifadə edilərdi.
Sarımsaq pis ruhları və diləkləri yəni kəm gözlərə qarşı istifadə edilirdi.

Gəlinlərə edilən çiçək və bitkilərdən ibarət olan tac, təbiətin bir hədiyyəsi olaraq qəbul edilərdi.
Gəlin və bəyin başından keçirilən çələnglər, toy mərasimlərinin bəzəyi idi. Çələng, gəlinin və bəyin başına tutular onlara uzun ömürlü evlilik gətiriləcəyinə inanılardı. İndiki vaxtda da zaman zaman bu səhnələr qarşımıza çıxır. Çələnglər sevgi və xoşbəxtlik simvolu olaraq qəbul edilir. Çələngdə istifadə edilən sarımsaq pis ruhları uzaqlaşdırmağı, şüyüd şəhvəti, adaçayı isə müdrikliyi təmsil edir.
Bəy və gəlinin başından atılan gül yarpaqları da şans və bol sevgini simvollaşdırır.

İndiki vaxtda gəlin buketi inanışı
İndiki vaxtda hələ də gəlin buketləri gəlinlərin vazkeçilməzidir. Duvaqsız gəlin düşünə bilmədiyimiz kimi buketsiz bir gəlində düşünə bilmirik. Amma bəzi ölkələr gəlin buketi mövzusunda indiki vaxtda daha xüsusi inanclara sahibdirlər. Suriyada yaşayan immiqrant qadınlar çiçək açmış portağal ağacı budağı daşıyırlar. Portağal ağacının həm çiçək həm də meyvə saxlaması, xoşbəxt evliliyi və körpəni simvollaşdırır. Ayrıca Avstriyada gəlinlər hələ də həyatı simvollaşdırdığına inanılan çiçəklər ilə taclandırılır. Hindistanda da hələ gəlin və bəyə mərasim əsnasında gəlin və ya bəyin bacı-qardaşları yaxşı niyyətlərini və diləklərini çiçək səpərək göstərirlər.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 290
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri