Telefonla danışıq qaydaları

Müəllif: Menim balam
Şərhlər: 7
Baxılıb: 8 166
Səs ver:
(səs: 2)
Zəng edən adam qarşı tərəf­də­ki­nə özünü təqdim etmə­li­dir (tanıt­ma­lı­dır).

Adi həyatda olan nəzakətli danışıq qaydalarına telefon­la danışarkən də riayət etmək lazımdır.

Katib (katibə) vasitəsilə edilən te­le­fon görüşmələrində aşağı vəzifədə ola­nın telefonu yuxarı vəzifədə ola­na bağ­lanmalıdır.

Zəng edən ölçülü və nəzakətli bir dil işlədərək istəyini uyğun bir səs tonu ilə başa sal­malıdır.

Telefon danışıqlarında dəstək diq­qətlə götürülməli və yerinə yavaşca qoyulmalıdır.

Səhər saat 10:00-dan əvvəl, ax­şam isə saat 22:00-dan son­ra zəng edil­məməlidir (xüsusi hallar xaric).

Telefonda mümkün qədər gizli möv­zular da­nı­şıl­ma­malıdır.

Bir mağazada satıcı sizə xidmət edər­kən cib telefonu ilə danışmayın.

Cib telefonu ilə danışarkən səsi­ni­zin yuxarı-aşağı olma­sını tən­zim­ləyin.

Cib telefonları uyğun olmayan yer və zamanlarda – iclaslarda, dərs­lər­də (treyninqlərdə), kitab­xa­na­la­rın oxu zallarında, kino-teatrlarda, xəs­tə yanında, yuxarı vəzi­fə­li şəxsin qə­bulunda və s. yerlərdə bağlı saxlan­ma­lıdır.

Avtobusda, taksidə, qatarda və s. ictimai yerlərdə müm­kün qədər mobil telefonunuzun zəngini aşağı qoyun. Bu kimi yerlərdə telefon danışıqlarının da qısa olmasına çalış­maq lazımdır.

Dayanacaqda minik gözləyərkən, izdihamlı küçədə gə­zərkən, növbə gözlərkən (mağazada və ya bulaq ba­şın­da) cib telefonunuza zəng gələrsə, bir tərəfə çəkilərək ca­vab vermək yaxşıdır.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 8 166
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri