Müraciət və xitab etmə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 7 246
Səs ver:
(səs: 7)
İctimai yerlərdə və üz-üzə görüş­lər­də adın sonuna «xa­nım» və ya «bəy» sözlərini əla­və edə­rək müraciət etmək yaxşıdır (Rə­him bəy, Almaz xanım). Adların sonunda hörmət mənasında «müəllim» sözünü də işlətmək olar (Musa müəllim, Əyyub müəllim).
Rəsmi yerlərdə adla­rın əvvəlində «hör­mət­li», «cənab» söz­lə­ri­ni isti­fa­də etmək nəzakət qaydasıdır.
İctimai sahələr və həyatda yığıncaq­lar­da, tədbirlərdə döv­lət, hökumət adamlarına və yuxarı idarəçilərə rəs­mi adları ilə müraciət edilir (Hör­mətli nazir, cənab rəis).
Eyni səviyyədə və kiçik olanlara rəs­mi yerlərdə rəsmi adları ilə (Hör­mətli menecer), yarı rəsmi yerlərdə soyad­la­rı ilə (Cənab Məmmədov), ictimai yerlərdə isə vəzifə­lə­ri, rüt­bə­lə­ri (Hörmətli müdir, Cənab za­bit) ilə müraciət edilir.
Böyük (idarəçi) ilə yaxınlıq varsa, xü­susi yerlərdə və üz­bə­üz əlaqələrdə adamın istəyi ilə və yaxınlıq dərəcəsinə görə Məhəmməd əmi, Qəhrəman dayı və s. xitab etmək olar. Amma belə mü­ra­ciət rəsmi yerlərdə və üçüncü şəxs­lə­rin yanında işlədilməməlidir.
İctimai yerlərdə eyni yaş qrupunda olan tanımadığınız qızlara-qadınlara «xanım», daha səmimi olaraq «bacı»; tanımadığınız oğlanlara-kişilərə «qardaş», «əmioğlu» ki­mi ifadə­lər­lə müraciət etmək olar.
(səs: 7)
Şərhlər: 5
Baxılıb: 7 246
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri