Danışıq mədəniyyəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 8 342
Səs ver:
(səs: 2)
İnsan sözə başlamadan əvvəl fikirləş­mə­lidir:

1. Nə danışıram?   2. Niyə danışıram?   3. Kimə danışıram?

Bundan sonra insan öz fikrini müəyyən istiqamətdə, tərzdə və xüsusi ifadə şəkli ilə izah edə bilər. Nə da­nış­dığını bilməyən, mənasız danışan və ki­mə danışdığını bilməyən (deyinən) ada­ma kimsə qulaq asmaz.
Bir şey izah edərkən danışanın çox vaxtı, təkrar oxu­ma və düzəltmə  imkanı olmaz. Buna görə üsuluna uyğun və təsirli nitq söyləmək eyni mövzu yazı yazmaq­dan daha çətindir. Gözəl və təsirli danışmaq nə qədər çətin olsa da aşağıda göstərilən qaydalara riayət etmək, yanlışlardan çə­ki­nmək və mövzu ilə əlaqədar qaynaqları və nümunələri araşdırmaqla daha yaxşı və uğurlu bir nitq söyləmək olar.
Dinləməyi öyrənmək vacibdir. Qarşı­da­kını dinləməyi (si­zin əleyhinizdə da­nı­şıldıqda belə) bacarmaq böyük qabiliyyətdir. Başqaları danışarkən dinləməsəniz, siz da­nı­şarkən dinləməyi tələb etməyə haqqınız olmaz.
Yerə, zaman, vəziyyətə və qarşıdakı insana uyğun möv­zu seçin və boş danışmayın. Xəstə yanında bazardakı ba­halıqdan söz et­mək, futbolu sevməyənə futboldan bəhs etmək, itmiş əş­ya­sını axtarana dünən başınıza gə­lən əhvalatı danışmaq və s. mənasızdır.
Danışıq bir təqdimat və ya konfransda olarsa, əvvəl­cə­dən ona uyğun hazırlıq aparılması və danışığın planlaş­dı­rılması şərtdir.
Düşündüklərinizin hamısını söylə­mə­yin, amma söylə­dik­lə­rinizin hamısını əvvəlcədən düşünün. Söyləyəcək sözünüz olmadığı zaman susmağı bilin.
Sizi dinləyən adama dəyər verin, hörmətlə yanaşın və özü­nüzdən çox bəhs etməyin (öyünməyin).
Sözü mənasız yerə uzatmayın. Çatdırmaq is­tə­diyiniz fik­ri mümkün qədər qısa və aydın tərz­də (lakonik) ifadə etməyə çalışın. Uzun ifadələr səbrin daşmasına və əsas möv­zu­nu an­lamamağa səbəb ola bilər.
Ətrafınızdakılara tez-tez nəsihət verməyə çalışmayın. Si­zin fikriniz soruşularsa, uyğun cavab verməyə çalışın.
Danışarkən kəlmə seçiminə, onları doğru söyləməyə (tə­ləf­füzə) və üsluba fikir verin. Söz bazanızı (lüğətinizi) ge­niş­lətməyə çalışın. Dar çərçivədə və təkrarlanan kəl­mə­lər­lə danış­ma­yın. Sinonim (yaxın mənalı) sözlər ara­sındakı mə­na fərqinə də diqqət yetirin.
Ədəbi və mədəni bir dildə danışmağa çalışın. Mənasını tam bilmədiyiniz sözləri, argo – küçə ifadələrini və ko­bud sözləri işlətməyin.
Mümkün olduğu qədər dolğun ifadələr və mənalı cümlə­lər işlətməyə çalı­şın. Uzun cümlələrə hakim ola bilmir­si­nizsə, qısa cümlələrdən istifadə edin.
Unutmayın! Səs, insanın şəxsiyyətini əks etdirir. Yor­ğun­luq, xəstəlik, qorxaqlıq, çəkingənlik, yekəxanalıq və s. kimi xüsusiyyətlər danışığınızda nəzərə çarpma­ma­lı­dır. Kobud, sərt, özündən razı və ya çox incə, fısıltılı, zəif səs dinləyənlərə tam təsir etməyə bilər.
Səsinizin tonunu duyğu və düşüncələrinizin xüsusiyyəti­nə görə nizamlayın. Monoton səs tonu ilə danışmayın, lazımi yerdə səs tonunuzu dəyişdirin. Vurğulara diqqət edin.
Danışan adamın nəfəs alması mü­sa­hibi tərəfindən hiss olun­ma­ma­lı­dır. Fikrini izah edər­kən nəfəs vermə za­ma­nı danışmağa vərdiş etmək la­zım­dır.
Danışıq zamanı jest və mimikadan – bədən, əl, üz-göz və baş hərəkətlərindən istifadə etmək üs­luba ləzzət qa­tar. Amma bu hərəkətlər aşırı olma­ma­lı­, söz və ifadənin ahənginə uyğun olmalıdır.
Çox yüksəkdən və ya alçaqdan, sürətlə və ya çox yavaş danışmaq yaxşı deyil. Əsas odur ki, nitq aydın eşidilsin və sözlər tam tələffüz edilsin.
Yeri gəldikcə nümunə olaraq bənzətmə, məcaz, təzad, ata­lar sözü, məsəllər, lətifələr və s. yararlanmaq olar.
Danışan zaman ağızdan tüpür­cək dam­cılarının ətrafa sıçraması, do­daq­ların dillə tez-tez isladılması və ud­qun­ma, öskürmək, əlavə səslər çı­xar­maq yaxşı əlamət deyil.
Nitqdə başqa dillərdə olan və ha­mı­ya aydın olmayan terminlərdən is­ti­fadə etmək düzgün deyil. Müsa­hi­bi­niz bu sözləri başa düşməyə və ya tam mə­nası ilə anlamaya bilər. Belə sözlərdən is­tifadə edilən halda hə­min sözün ar­dın­ca onun izahı müt­ləq verilməlidir.
Bir neçə nəfər adam içində bir nə­fər­lə digərlərinin an­la­yamayacağı xa­rici dildə və ya qaş-göz hə­rə­kətləri ilə danışmaq məsləhət deyil. Bu kənar­da­kı­la­ra hörmətsizlik sayılır.
Danışarkən öz fikrinizin hamı tə­rə­findən qəbul edil­mə­sinə çalışma­yın. Başqalarının da fikrini eşitməyi və ona hörmət etməyi, qiy­mət­lən­dir­mə­yi ba­car­maq lazımdır.
Danışarkən ağızdan qoxu gəl­mə­si, nəfəsin müsahibin üzünə verilməsi və ona həddindən artıq yaxın dur­maq yaxşı deyil.
Çox aralı məsafədə olan adam­la­rın danışması da yaxşı deyil.
Danışarkən doğruluğuna əmin ol­madığınız faktlardan və gös­təri­ci­lər­dən (nümunələrdən) istifadə et­mək yax­şı deyil.

Gözəl danışıq qaydalarını qısaca yekunlaşdırmaq istəsəniz:
1. Dinləyin.
2. Az danışın.  

Bu xüsusa diqqət edin:
Bir alimdən soruşmuşlar:
– Bir insanın zəka səviyyəsini haradan anlayarsınız?
– Danışığından.
– Əgər heç danışmazsa?
– O dərəcədə ağıllı insan yoxdur ki.

3. Çox az zarafat edin.
4. İncə təkliflər edin.
5. Dedi-qodu etməyin.
6. Öyünməyin.
7. Qarşıdakına dəyər verin.
8. Kobud və arqo sözlərə yer verməyin.
9. Söyləmə şəklinə diqqət edin.
10. Danışığınızı yerinə, zamanına və adamına görə edin.
11. Səmimilikdən uzaqlaşmayın.
12. Özünüzə güvənin. Rahat olun.
13. Sözü mənasız yerə uzatmayın.
14. Səs, mövzu və məna uyğunluğuna diqqət edin.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 8 342
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri