Rekviyem

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 114
Səs ver:
(səs: 2)
Rekviyem (latın mətninin ilk sözündən: "Requiem aeternam dona eis, Domine" – "İlahi, onlara əbədi rahatlıq ver") — mərhumun xatirəsinə həsr olunmuş dini matəm messası. Təntənəli katolik messasının "Gloria" ("Eşq olsun"), "Credo" ("Etiqad edirəm") hissələri rekviyemdə "Requiem", "Dies irae" ("Qəzəb günü"), "Lacrimosa" ("Göz yaşı") və s. ilə əvəz olunmuşdur. Rekviyem Qriqori xoralları melodiyalarından yaranmış, 15 əsrdə həmin melodiyaların çoxsəsli işləmələri meydana gəlmişdir. 17-18 əsrlərdə rekviyem xor, solist və orkestr üçün iri həcmli silsilə əsərə çevrilmiş, Qriqori xorallarının melodiyaları bəstəkarların orijinal musiqisi ilə əvəz olunmuşdu. Rekviyemin ən görkəmli nümunələri konsert salonlarında ifa edilir. Volfqanq Amadey Motsart, Hektor Berlioz, Cüzeppe Verdi vəİohannes Bramsın rekviyemləri geniş şöhrət qazanmışdır. 20 əsrdə bəstəkarlardan Dmitri Kabalevski, Bencamin Britten ("Hərbi rekviyem") və başqalar rekviyem nümunələri yaratmışlar.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 114
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri