Pullar haqqında yalan inanclar hansılardır?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 107
Səs ver:
(səs: 2)
İnsanların pullarla bağlı sahib olduğu ilk yalan inanc – çoxlu pulun yalnızca ağır zəhmətlə qazanıldığına inanmaqdır. Əgər bu fikir artıq sizə hakim kəsilibsə ömrünüz boyu ağır zəhmət çəkərək aşağı maaş almağa məhkum olacaqsınız. Bu vəziyyətlə özünüzə böyük pullar qazanmağa mane olursunuz. Əslində isə bu çox asandır. Lazım olan yeganə şey çoxlu pul qazana biləcəyiniz fikri beyninizə həkk etmək və ağlınızdan bu məqsədə nail olmaq üçün istifadə etməkdir.

İkinci yalnış inanc – pulların həyatda ən vacib cəhət olmadığını düşünməkdir. Məhz bu inanc həyatınızı pulların, onunla birgə xoşbəxtliyin daxil olmasına mane olur. Əgər pulunuz yoxdursa, deməli dəyəriniz də yoxdur. İnanın, pullar çox böyük dəyərdir. Pullar vasitəsilə həyatın bizə bəxş etdiyi məmnunluqları əldə etmək mümkündür.

Üçüncü səhv inanc – pulların insanı korladığı inancıdır. Əgər belə hesab edirsinizsə kökdən yalnış fikirdəsiniz. Bütün milyonçu və milyarderlər ağıllı və özünəyetən insanlardır. Onların sahib olduğu qəddarlıq bomjlarda və spirtli içki düşkünlərində olduğundan azdır.

Dördüncü yalnış inanc – “ətrafda bu qədər yoxsul varkən, varlı olmaq ayıbdır” fikridir. Əksinə, zəngin olmaq xoşdur! Özünüzə səyahət, həyatdan zövq almaq, yaxınlarınızın qeydinə qalmaq imkanını bəxş edə bilərsiniz.

Beşinci yalnış inanc “pullar varsa, onları “qara gün” üçün saxlamaq lazımdır ideyasıdır. Bunu etmək nəyə lazımdır? Əksinə, pulları hər hansı bir şeyə sərmayə yatırmaq və ondan əlavə gəlir qazanmaq lazımdır. Belə olsa “qara gün” ümumiyyətlə gəlməyəcək!

Və nəhayət ən geniş yayılmış səhv düşüncə “kasıb doğuldumsa, kasıb da öləcəm” düşüncəsidir. Bu öz öhdəlikləriniz üçün həyatı günahkar çıxarmaqdan başqa bir şey deyil. Təcrübəyə əsasən, dünyaca məşhur milyarderlərin əksəriyyəti yoxsul ailədən çıxmadırlar.
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 3 107
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri