Misir mətbəxi ilə tanışlıq

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 4 425
Səs ver:
(səs: 0)
Misir mətbəxinin Türk, Ərəb və ya Yunan mətbəxləri ilə oxşarlığı çoxdur.
Misir mətbəxi kifayət qədər orijinal, lakin bir qədər ağır hesab olunur. Bu səbəbdən turistlər onu adətən sevmir.Ənənəvi Misir xörəkləri ət, tərəvəzlər və düyüdən ibarətdir. Xörəklərə yağ, duz, istiot, soğan, sarımsaq və həmçinin zirə, şüyüd və ya nanə kimi ətirli göyərtidən əlavə olunur.

Çəngəl və qaşığa ehtiyac yoxdur
Misirdə çörək həmişə süfrəyə qoyulur. Misirlilər çörəyi üçbucaq şəklində bükür və onu xörəklə doldurur. Beləliklə, çəngəl və qaşığa ehtiyac olmur; yalnız şorbalar qaşıqla yeyilir.

Misir menyusu
Səhər yeməyi və nahar vaxtı Misirdə adətən yaşıl şorba verilir. O, ispanağa bənzəyən moloheja adlanan göyərtidən hazırlanır.

Həmçinin içi doldurulmuş kələm yarpaqlarına bənzəyən mahszi adlanan xörək verilir. İç qoyulması mal əti, düyü və göyərtidən ibarətdir.

Belə iç qoyulması müxtəlif yollarla bükülür. Mahszi kromb üzüm və ya kələm yarpaqlarına bükülür. Həmçinin, pomidor (mahszi tomatom), tsukkini (machszi kusa) və badımcanın (mahszi bitengen) içi doldurulur. İçi doldurulmuş tərəvəzlər duxovkada bişirilir və hazır olan kimi süfrəyə verilir, çünki soyuyanda, xörək öz ətirini itirir. Səhər yeməyi vaxtı Misirlilər taameia adlanan buterbrodlara oxşar yemək yeyirlər.

O, iki tikə çörək arasına qoyulan katletdən ibarətdir. Təzə kahı yarpağı ilə yeyilən katlet paxla və ədvalı noxuddan hazırlana bilər. Başqa ən’ənəvi xörək foul adlanır. O, üyüdülmüş və yağda qızardılmış lobyadan hazırlanır. Foul pita çörəyinə bənzəyən çörəyin arasına qoyulur. Bir çox Misir restoranlarında yağ, ət və ya yumurta ilə verilən müxtəlif növ taameja və foul xörəklərini görmək olar.

Torshi turşuya qoyulmuş tərəvəzlərdən hazırlanır.
Misirdə pasta ilə çörək populyar qəlyanaltıdır. Burada müxtəlif çörək (a‘aish) növləri var. Onlardan biri boşqab kimi dayaz və yumru a‘aishbaladi çörəyidir. Həmçinin bizim bulkalarımıza oxşar ‘aish fransawi’, yəni fransız çörəyi mövcuddur. Çörək süfrəyə tahina adlanan limon şirəli və sarımsaqlı küncüt sousu və ya badımcan, sarımsaq və cəfəri pastasından hazırlanmış babaqanuk sousu ilə verilir.

Misir pizzası
Misirlilərin fiteer adlanan öz pizzaları var. Fiteer yumşaq xəmirdən hazırlanır və sobada bişirilir. Belə pizza müştəri pizza inqrediyentlərini seçdikdən sonra onun yanında bişirilir. Pizza üçün yumurta, pendir, müxtəlif ət növləri və tərəvəzlərdən istifadə edilir. İnqrediyentlər xəmirin içinə və ya üstünə qoyula bilər. Zövqünüzdən asılı olaraq, pizza ədvalı və ya şirin ola bilər.

Əsrlər boyu hazırlanan şorbalar
Şorbalar Misirdə çox populyardır. Nahar vaxtı moloheia və ya ads adlanan qatı paxla şorbası verilir. Pomidor və ya badımcan kimi tərəvəzlər sarımsaqlı tomat sousunda qızardılır; makaron xörəkləri də, məsələn, beşamel sousu ilə ətli lazanya, çox populyardır. Veqetarianlılar musaka xörəyi seçə bilərlər. Musaka duxovkada bişirilən badımcan, pomidor, sarımsaq, duru yağ və ədvalardan hazırlanır.

Çoxlu ət və bir az balıq
Salatlar, çörək, ət və çoxlu miqdarda əlavələr Misir naharın əsasını təşkil edir. Misir naharının misalı kimi içi düyü və ədviyyatlar ilə doldurulmuş qızardılmış toyuq (firekh) və ya göyərçini (hamam) göstərmək olar. Lakin ən məşhur və sevilən xörəklər manqalda və ya qrildə hazırlanmış kofta və kabablardır. Kofta adətən çəkilmiş ətdən, kabab isə quzu ətindən hazırlanır və süfrəyə cəfəri və ya qızardılmış pomidor və soğanla, və həmçinin çörək, kahı və küncüt pastası ilə verilir. Ən böyük Misir limanı olan Aleksandriyada və yaxud başqa dəniz şəhərlərində balıq və dəniz məhsullardan geniş istifadə olunur.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 425
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri