Yeni il adət-ənələri

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 4 570
Səs ver:
(səs: 0)
Yaponiya
Yaponlar ilin sonuncu günündə “Oshogatsu” festivalı keçirilir. Yaponiyada evlər təmizlənir və müqəddəs sayılan əşyaların köməyi ilə oradakı pis ruhlar qovulur. Dekabrın 31-də insanlar diləklərini taxta lövhələrə yazaraq həyətdə ipdən asırlar.

Şotlandiya
Şotlandlar isə yeni il gecəsi məşəl yandıraraq pis ruhları qovmaq üçün əllərində alovla gəzirlər. Onlar bayram gecəsi edilən evlilik təklifinin uğursuzluq gətirəcəyinə, yeni ildə evə ilk girən şəxsin isə özü ilə uğur və ya kədər gətirəcəyinə inanırlar. Əgər bu adam tünd saçlı və əli hədiyyəlidirsə ev sahibləri onları qarşıda uğurlu il gözlədiyinə inanırlar.

İspaniya
İspaniyada gecə saat 00.00-ı göstərəndə insanlar 12 gilə üzüm yeyirlər. Çünki, bu adətin onlara uğur gətirəcəyinə inanırlar.

Çin
Yeni il ərəfəsində evlərini təmizləyən çinlilər bununla da keçən ildən qalan pis şansı evlərindən atdıqlarına inanırlar. Yeni ildə minlərlə insan şir və əjdahanın rəqslərini izləyir. Çünki əjdaha çinlilər üçün uzun ömrü və zənginliyi təmsil edir.

Braziliya
Braziliyalılar da ispanlar kimi yeni il gecəsi 12 üzüm yeyirlər. Onların yediyi üzümün hər giləsi növbəti ilin bir ayının simvolu hesab edilir. Hansı ayın üzümü şirin çıxarsa, o ayın gözəl keçəçəyinə inanırlar.

Hindistan
Zəngin və qədim adət-ənənələri olan Hindistanda yeni il fərqli şəkildə qeyd edilir. Yeni ildə zənginlik və gözəl bir gələcək gətirəcəyinə inandıqları tanrı lakshmiyə ibadət etmək və hər yerdə işıqlar yandırmaq hindlilərin adətidir.

Finlandiya
Skandinaviya ölkəsi olan Finlandiyada yeni il ərəfəsində saunaya getmək qədim adətdir. Saatlarla saunada vaxt keçirən, yuyunan və tər tökən finlilər bununla da yeni ilə daha təmiz çıxdıqlarını düşünürlər.

İtaliya
İtalyanlar yeni ildə lazımsız köhnə əşyalarını eyvandan çölə atırlar. Onların inancına görə, yeni ildə köhnə hər şeylə vidalaşmaq lazımdır. Bundan əlavə italyanlar yeni il gecəsi qırmızı alt paltarının onlara uğur gətirəcəyinə inanırlar.

Fransa
Yeni il gecəsi Fransanın küçələrində maskarad kostyumunda olan çoxlu insan görmək olar. Çünki miladdan fərqli olaraq fransızlar yeni ili daha genişmiqyaslı qeyd etməyi sevirlər.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 570
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri