Müxtəlif inanclarımız

Müəllif: AYCA
Şərhlər: 4
Baxılıb: 3 983
Səs ver:
(səs: 1)
1. Axşam soğan yemək: Axşam soğan yeyilən evə mələklər gəlməz.

2. Sağlam ol demək: Asqıran zaman ruhun bədəndən bir anlığına ayrılması anlamına gəlir.

3. Körpənin ayağını öpmək: Əgər uşağın ayağını öpərlərsə, uşaq böyüdükdə, anasına-atasına hörmət etməyəcəyi deyilir.

4. Körpəni pişikdən uzaq tutmaq: Pişiklərin uşa[quote][/quote]qların nəfəsini özünə çəkir deyirlər.

5. Eyni kibritdən istifadə etmək: Əgər insan siqareti 3 dəfə eyni kibritlə yandırarsa, bu uğursuzluq gətirəcəyi anlamına yozulur.

6. Qara pişik: Əgər şərqdə qara pişik görmək uğursuzluq sayılırsa, şərqdə bu uğurluluq əlaməti kimi qarşılanır.

7. Əlin içi qaşınması: Əgər sol əlinizin içi qaşınırsa bu o deməkdir ki, dava edəcəksiniz. Yox, əgər sağ əlinizin içi qaşınırsa, onda pul gələcəyi anlamına gəlir.

8. Stolun üstünə ayaqqabı qoymaq: Əgər yeni aldığınız ayaqqabıları stolun üstünə qoysanız, bu pis əlamətdir.

9. At nalı: Evinizdə at nalı saxlasanız, bu sizə uğur gətirər.

10. Qapıda dayanmaq: Qapıda dayanan adam çər atılacağı anlamına gəlir.

11. Kasıba ayaqqabı almaq: Əgər bu dünyada kasıba ayaqqabı almasanız, o biri dünyaya ayaqyalın gedərsiniz.

12. Çörək qırıntısı: Çörək qırıntılarını yerə töksəniz, basdalasanız, evin ruzusu gedər. Və ya axşm qarabasma ola bilər.

13. Qurban kəsimi: Qoyunu qurban kəsərkən, qoyun dilini bayıra çıxardarsa, bu il ev yiyəsinin öləcəyi anlamına gəlir.

14. Yarım stəkan su: Birinin stəkanına yarımçıq su töksəniz, pis qismət gətirmiş olursunuz.

15. Bayquş səsi: Bayquş 3 dəfə oxuyarsa, olduğu yerə ölüm gətirər.

16. Gecə güzgüyə baxmaq: Əgər gecə güzgüyə baxsan, ömrünü qısaltmış olarsan.

17. Paltarı əynində tikmək: Paltarı soyunmadan tiksən, qismətivi bağlamış olarsan.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 983
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri