Yeni ili Çində necə qarşılayırlar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 964
Səs ver:
(səs: 0)
Çuntsze – və ya "Bahar bayramı" – Çinin ən böyük və sevimli bayramı olaraq qalmaqdadır. "Mədəni inqilab"dan sonra o, bağlı olduğu xalq ənənələrinin bütün zənginliyi və rəngarəngliyi ilə yenidən doğulmuşdur. Kənd əhalisi şəhər sakinlərinə, xüsusən paytaxt sakinlərinə nisbətən bayramın mərasim tərəflərini daha artıq dərəcədə saxlamışdır, lakin mahiyyət etibarilə hər bir çinli gələcək ailə səadətini, sağlamlıq və rifahını Çuntsze ilə bağlayır.

Bahar bayramı imperator U-dinin vaxtından (e.ə. 140-86-cı illər) yeni ilin başlanğıcı sayılır. Buna görə də, Bahar bayramı Qriqorian təqvimi ilə müxtəlif illərdə yanvarın axırından tutmuş fevralın ikinci yarısına qədər müxtəlif tarixlərə düşür.

Pekində Çuntszenin gəlişi artıq bayrama bir neçə həftə qalmışdan hiss olunur. Xeyli əvvəldən müxtəlif şəhərlərdə, əyalətlərdə, çox vaxt isə xaricdə yaşayan qohumlar arasında yazışma başlayır. Onlar Bahar bayramında görüə biləcəklərmi? Axı həmin gecə ümumi ailəvi toplanma – minillərdən qalmış ənənədir. Çuntsze ərəfəsində məktəb və universitetlərdə tətillər, müəssisələrdə isə məzuniyyətlər mövsümünün qızğın çağı başlayır. Yüz minlərlə insan vağzalların kassalaına hücum çəkir. Dəmir yolu bileti alverçiləri ora-bura qaçırlar. Polisin işi həddən çox artır: alverçilərlə məşğul olmaq lazım gəlir, sərnişinlərin əşyalarını da diqqətlə yoxlamaq lazımdır ki, vaqonlara artıq bir çox dəmir yolu faciələrinin səbəbi olan təhlükəli yük – partlaqanlar daxil olmasın.

Bu partlaqanlar Çuntszenin daimi atributudur. Axı bayramdan qabaq hər yerdə ümumi təmizlik işləri görürlər: pəncərələri yuyur, otaqlardan tozu silir və həyətin palçığını təmizləyirlər. "Qeyri-maddi" zibili bəs neyləməli? E.ə. IV əsrdən başlayaraq Çində yeni il qabağı gecəsi sobaya bambuk çubuqlar atmaq adəti meydana gəlmişdir ki, bu da öz şaqqıltısı ilə ailə ocağından "pis nəfsləri" qovlayırdı. Daha sonralar bambuk atışan çubuqlar (Çin dilində - baoçju) barıt partlaqanlarla əvəz olunmuşdur, lakin onların əvvəlki adı saxlanılmışdır. Hazırda Pekində bayram ərəfəsində "pirotexnika" ticarəti hər yerdə gedir və alıcılara zəngin seçim təklif olunur: burada adi şaqqıltı ilə partlayan partlaqanlar da, uzun taxta millərdən dik yuxarı uçan raketlər də, bir xeyli fışıldayan rəngbərəng raketlər atan uzun karton lülələr də, sonsuz pulemyot növbəsi effekti yaradan ardıcıl birləşmiş kiçik fişəng hörükləri də vardır. Lakin son zamanlar paytaxtda, eləcə də ölkənin digər şəhərlərində hökumət bu təhlükəli əyləncənin məhdudlaşdırılması istiqamətində addımlar atır. Çünki ilbəil partlaqanlarla ehtiyatsız davranma ucbatından daha çox yanğın və yaralanma halları baş verir. Yeni il günlərində küçələrdə yenicə kibrit yandırmağa öyrənmiş uşaqların bir qucaq raketlə yaraqlandığına tez-tez rast gəlmək mümkündür. Bazara çoxlu sayda əldə qayrılmış, olduqca etibarsız və təhlükəli pirotexnika çıxır. Məhz bu səbəbdən polislər sərnişinlərin yükünü yoxlamağa və oradan partlayış təhlükəli "sovqatları" götürməyə məcburdular.

Son illər Bakıda və Azərbaycanın digər şəhərlərində Yeni il və Novruz bayramı şənlikləri zamanı uşaqar, eləcə də böyüklər Çindən gətirilmiş barıt partlaqanlardan atəş açır, müxtəlif əyləncəli pirotexniki vasitələrdən istifadə edirlər.

Bayram pekinlilər üçün böyük sevincdir, lakin o, bir sıra əlavə xərclər də tələb edir. Çində belə hesab edirlər ki, Yeni ili necə qarşılayarsansa, o, elə də keçəcək. Yeni ilə bir neçə ay qalmış ailə pul ayırmağa başlayır. Pekin mağazalarında ərzaq qıtlığı yoxdur, amma süfrə üçün ləziz şeylər almaq üçün bir az səxavətli olmaq lazımdır. Buna görə də, əlavə saxlanclara ehtiyac var, həm də ənənəyə uyğun ötən ildən qalma borcları da Yeni il ərəfəsində mütləq qaytarmaq lazımdır.

Bayramdan əvvəlki gün iş bir az tez qurtarır. Ticarət küçələri, bazar və mağazalar ağzınacan camaatla dolu olur. Ənənəyə görə bayram süfrəsiniı gecə düşməzdən bir neçə saat qabaq hazırlamaq lazımdır: axı mətbəxdə bıçaqdan istifadə etməil olursan, onunla isə əlini kəsib talenin qismət etdiyi xoşbəxtliyi itirə bilərsən. Yeni il süfrəsinə demək olar ki, həmişə düşbərə hazırlanır, bu da adətən bütün ailə ilə birlikidə hazırlanır.

Bayramı müşayət edən bir çox mərasimlər böyük şəhərəlrdə artıq keçmişdə qalmışdır, burada əcdadalara sitayiş, onların qəbirlərinə baş çəkmə, evə "pis nəfslər" girməsin deyə əsas qapının gecə yarısından əvvəl kağız yarlıklarla yapışdırılması artıq unudulmuşdur. Bu gün Pekində televizor qarşısında sakit ailəvi süfrə ənənəsi, bir-birinə hədiyyə vermək (hədiyyələr müxtəlif ola bilər, ancaq mütləq qəşəng bükülü kağızda qablaşdırılmalıdır) və əlbəttə ki, təntənəli özfəaliyyət atəşfəşanlığının təşkili qorunub saxlanılmışdır. Gecə yarı Pekin üzərində qulaqbatıran gurultu yayılır, həyətlərdən və çoxmərtəbəli evlərin balkonlarından atəş fontanı qalxır, küçələr qara tüstüyə bürünür və uşaqdan-böyüyə hamı sevinc içində olur. Atəşfəşanlıq yavaş-yavaş səngiyərək səhərə qədər davam edir və yeni gün Pekin küçələri kağız doğramaclarla – partlaqan və raketlərin qalıqaları ilə dolu olur.

Sonrakı iki-üç gündə Pekin dincəlir. Ancaq sonra tam iki həftə axşamlar şəhər parkları və məbədləri bayram əhval-ruhiyyəli insanlarla dolu olur. Ən izdihamlı gəzintilər Bayyunquan, Daçjunsı məbədlərində və Daquanyuan, Ditan, Tszıçjuyuan parklarında olur. Burada akrobatların və gözbağlayıcıların tamaşalarını görmək olar. Kütlənin diqqət mərkəzində adətən ekzotik şir və əjdaha rəqsləri olur. Çoxlu maraqlı və səmərəsiz şeylər satılan saysız-hesabsız xırdavat dükanları arasında veyillənmək, tüstülənən qazanlar və manqallarda ləzzətlə bişən Pekin isti çərəzlərinin dadına baxmaq da olar.

Əfsanəyə görə, şirlər rəqsinin yaranması Cənub və Şimal sülalələri dövrü ilə bağlıdır. Əfsanələrə uyğun olaraq eramızın 466-cı ilində imperator Ven-dinin qoşunları cənub xalqları ilə müharibədə vuruşlarda döyüş fillərindən istifadə edən düçmənlə qarşılaşmışlar. Bu qorxulu düşmənlə üzləşən çinlilər böyük itkilərə məruz qalmış və bir-birinin ardınca məğlubiyyətə düçar olmuşlar. Nəhayət sərkərdələrdən biri vəziyyətdən orijinal çıxış yolu təklif etmişdir, o, fikirləşirdi ki, fillər mütləq şirdən qorxmalıdırlar. Çində canlı şir heç zaman olmamışdır, lakin orduda qızğın iş gedirdi: lifdən və parçadan parlaq rənglənmiş sifəti və yekə dişləri olan çoxlu "şir" dərisi tikirlər. Hər dəriyə iki döyüşçü girirdi ki, onlar da "şiri" hərəkətə gətirirdilər.

Həlledici döyüş günü yetişir. "Şirlər" ağaclıqlarda gizlənirlər, döyüş gedəcək sahədə isə "canavar xəndəkləri" qazılır və üstü örtülür. Döyüş başlanır, düşmənin döyüş xəttində fillər öz yerini alan kimi barabanların gurultusu altında ağaclıqlardan "şirlər" dəhşətlə nərildəyərək çıxırlar. Fillər qaçışaraq süvariləri bellərindən atır, öz qoşunlarının sıralarını dağıdır və xəndəyə yuvarlanırlar. İmperator qoşunları tam qələbə qazanırlar. Bundan sonra təntənəli günlərdə Çin əsgərləri şirlər rəqsi ifa edirlər. XIV-XV əsrlərdəbu rəqs Quandun əyaləti kəndlərində Bahar bayramında meydana gəlmiş, sonralar isə bütün Çinə yayılmışdır. Bu zaman o, yeni ildə mümkün bədbəxtliklərdən müdafiəni simvolizə edirdi.

Əjdahalar rəqsi də demək olar ki, elə o qədər qədim tarixə malikdir. Artıq eramızın VII əsrində o, tez-tez bayram mərasimlərinə daxil edilir. Əjdaha rəqsində insanların bu qüdrətli məxluq qarşısında ehtiramı və ondan küləyin qarşısını almaq və torpağa, bol məhsul götürmək üçün zəruri olan yağış göndərmək xahişi ifadə olunur.

Rəqsin ifa olunması üçün kətan, kağız, tel və söyüd çübüqlarından parlaq rənglənmiş əjdaha hazırlanır. Onun uzunluğu 8-10 metrə çata bilər. Əjdahanın bədəni birləşdirilmiş hissələrdən ibarətdir (onların sayı mütləq tək olmalıdır:9,11 və ya 13), hər bir hissəni ona yapışdırılmış şüvülün köməyi ilə rəqsin bir iştirakçısı aparır. Barabanların və mis qabların gurultusu altında əjdaha bərk qıvrılaraq tamaşaçılar qarşısında hərəkətlər edir, dik yuxarı yüksəlir və lap yerə sıxılır, dalğavari hərəkətlər edir və effektiv dövrələr vurur. Əjdahanı idarə etmək ifaçılardan yüksək uzlaşma tələb edir, buna görə də məşqlər Bahar bayramına xeyli qalmış başlayır. Bir zamanlar qəsəbələr və şəhər rayonları arasında əsl yarışma keçirilərdi: kimin əjdahası daha yaxşıdır? Kənddən kəndə və şəhər küçələri ilə əjdahaları azarkeşlər yığını müşayət edərdi. Təəssüf ki, bu gün Pekində bu cür canlı və səs-küylü kütləvi nümayişlər olmur və əjdahaları onlar üçün ayrılmış meydanın hüdudlarından kənara buraxmırlar.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 964
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri