Çində bahar bayramı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 955
Səs ver:
(səs: 0)
"Bahar bayramı" zamanı Çin "Qızıl həftə" adlanan yeddigünlük tətilə çıxır. Fasiləsiz dövrə müəssisələrindən və dövlətin həyat əhəmiyyətli xidmətlərindən başqa bütün idarə və müəssisələrin işi dayanır.

"Çusi" adlandırılan Bahar bayramı gecəsi bütün ailə bir yerə yığışır. Bol bayram süfrəsi açılır, bundan sonra müxtəlif mövzularda söhbətlər aparılır, oyunlar oynanılır. Bir çox ailələrdə bütün gecəni yatmırlar, bu "Şousuy" – Yeni ili gözləmə adlanır. Növbəti günün səhəri qohum və yaxınların evlərinə baş çəkib təbrik edir və xoşbəxtlik diləyirlər. Bahar bayramı günlərində ənənəvi kütləvi tamaşalar: şirlər rəqsi, əjdahalar rəqsi, "quru qayıqları" yallısı oynayır, ağacayaqlarda nömrələr düzənlənir.

Ümumçin ictimai rəyin öyrənilməsi institutunun Çini iri və kiçik şəhərlərində keçirdiyi sosioloji tədqiqata görə, hər bir ailə yeni ili qarşılamağa – bayram süfrəsinə və qohum və dostlar üçün hədiyyələrə - 1,5-3 min yuan (183-366 ABŞ dolları) xərcləyir. Xüsusi gərginlik növbəti həftədə nəqliyyatın üstünə düşür – adətən bu günlərdə validyinlərə, qohumlara baş çəkmək və turist səfərlərinə çıxmaq qəbul olunub. Ənənəyə əsasən bayram şənlikləri köhnə ilin qurtarmağına 10 gün qalmış başlayır və yeni ilin birinci ayının axırıncı günü ilə sona çatır.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 955
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri