Müxtəlif ölkələrin yemək adətləri

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1024
Paylaş:
Səs ver:
(səs: 1)
Yemək mədəniyyəti ilə bağlı hər ölkənin özünün xas adət və tabuları var.

Çində yemək yeyərkən yemək çubuqlarını qətiyyən kiməsə doğru uzatmayın.

Koreyada masa başında oturan ən yaşlı biri yeməyə başlamadan süfrəyə əl uzatmayın.

Çilidə pizzanı əllə yeməyin.

İtaliyada yeməkdən sonra pendir istəmək aşbazın yemək bişirmə bacarığını təhqir etmək mənasını verir.

Tanzaniyada yeməyə dəvət edildiyiniz evə 20 dəqiqə gecikin. Tez getmək ev sahibini təhqir etmək deməkdir.

Rusiyada şərab şüşəsi bitəndən sonra onu yenidən süfrəyə qoymaq uğursuzluq sayılır.

Rusiyada bıçaq, ya qaşığa batmış yeməyi yalamaq kobud davranış kimi qəbul edilir.

Çində uzun əriştələr uzunömürlülük anlamına gəldiyi üçün onları kəsməməlisiniz. Kəssəniz, ömrünüzü qısaltmış olarsınız.

İndoneziyada hər iki əliniz də daima masanın üstündə olmalıdır .

İtaliyada ilk yemək təklifinə nəzakətli şəkildə etiraz edin. İkinci yemək təklifini mütləq qəbul edin.

Yamaykada insanlar danışmayan uşağa toyuq yedizdirilərsə, heç vaxt danışmayacağnı düşünürlər. Buna görə də uşağa toyuq verməzlər.

Nigeriyada insanlar yumurta yeyən uşaqların oğru olacağını düşündüyü üçün onlara yumurta verməzlər.

Fransada yeməyi tələsik yemək kobudluq kimi qəbul edilir.

Yaponiyada yediyiniz yeməyin çubuqlarını dik tutmayın. Bu, yemək yediyiniz ev sahibini, restoranı lənətləmək kimi başa düşülür.

Fransada yeməyin artığını boşqabda saxlamayın, ya da paketlənməsini istəməyin. Hər ikisi də yeməyi bəyənmədiyiniz mənasını verir.

Almaniyada yalnız çörəyin əllə yeyilməsi müsbət qarşılanır.

Qazaxıstanda fincanlara çayı yarımçıq tökərlər. Fincanın ağzına kimi doldurulması, ev sahibinin sizin getməyinizi istəməsi kimi başa düşülür.

Azərbaycanda duzu yerə tökməyin. Bu, dava edəcəksiniz mənasını verir. Adətən tökülən duzun üzərinə qənd qoyulur.

Misirdə əli duz qabına uzatma, aşbaza təhqir kimi başa düşülür.

Estoniyada yerə düşən çörəyi öpürlər.

Cənubi Koreyada bir şey içərkən başınızı çevirib uzaqlara baxın.

(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1024
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Dilaycan
Məncə insan özünü inandırmamalıdır belə adətlərə yəni bele etsəm belə olar birdən..Məsəlcun bizim adətimiz var xəbərdə də qeyd olunub yerə duz tokuldu ustunə qənd qoy..mən bunu hec vaxt etmirəm duz tokuldusə bunu silib atiram..Hətta qıraqdan deyiblərki neynirsən sən ustunə qənd qoy))gulmuşəmki nujelni belə şeylərə inanırsınız..dəfələrlə fikir vermişəm dava flan olmur)) Guyakı duz tokulubsə biz mutləq dalaşacayıq))
23 dekabr 2017 10:24
6
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
Meleknur
Qeribe ve gulmeli adetler idi )) bizde yemekden sonra stolun ustun salfetle de silmek olmaz dava duwer bizde deyilirdi ))
23 dekabr 2017 10:18
5
Düşdüyündə ümidini, qalxdığında insanlığını itirmə!
Offline
N_X
Çində uzun əriştələr uzunömürlülük anlamına gəldiyi üçün onları kəsməməlisiniz. Kəssəniz, ömrünüzü qısaltmış olarsınız. Bu cox gulmeli idi ;) )))


Estoniyada yerə düşən çörəyi öpürlər. Bunu ise bizim milletde edir..
Tesekkurler
23 dekabr 2017 00:18
4
Offline
Love-Girl
Ferqli adetler var..
Bezileri gulmelidi.
23 dekabr 2017 00:07
3
Nə qədər yaxşı insan olduğunun heç bir önəmi yoxdur. Nə də olsa ilk yanlışında ən pis insan sən olacaqsan. 
Offline
BARBI
Maraqli bezileri ise inanilmaz adetlerdi.Her bir milletin oz yemek adeti var
22 dekabr 2017 22:56
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Xəyallar limanı
Hər biri olduqca qərbə adətlərdi təbi ki, bizə görə hər yerin öz adəti vardır

Estoniyada yerə düşən çörəyi öpürlər.


Bunu biz Müsəlmanlarda edirik öpüb alnımıza qoyuruq
22 dekabr 2017 22:19
1
böyük kiçik söhbəti etməyi sevmirəm,
amma böyük olub özünü böyük kimi apara bilmiyən elə kiçiyimdi!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri