Yenə də Yapon adət ənənələrindən

Müəllif: YalniZ-ArZu
Şərhlər: 4
Baxılıb: 3 079
Səs ver:
(səs: 0)
1.Yapon küçələrində çətirlər üçün xüsusi qablar görə bilərsiz.Əgər qəflətən yağışa düşdüz və çətiriniz yoxdursa istədiyiniz çətiri götürə bilərsiz.Yağış kəsdikdə isə,çətiri yaxınlıqda gördüyünüz çətir qabına qoymalısiz.

2.Yaponlar dünyada öz dürüstlikləri ilə seçilirlər.Itmiş pul qabıni 90 faiz ehtimalla tapıntılar bürosunda tapacaqsınız.

3.Bu ölkədə ölüm hökmü mövcuddur.Bir çox hökmün yerinə yetirilməsində Ədliyyə Naziri şəxsən iştirak edir.

4.Tokio ən təhlükəsiz meqapolisdir.Burada o qədər sakit atmosfer var ki.hətta 6 yaşlı uşaq belə,ictimai nəqliyyatdan sərbəst istifadə edir.

5.Yapon ailəsində əgər bacı qardaş bir-birləri ilə danışmırlar və hətta bir birlərinin telefon nömrəsini belə bilmirlərsə bu normal hal sayılır.

6.Yaponiyada pensiya miqdarı çox aşağıdir.Düşünürlərki hər kəs öz qocaliginin qeydinə özü qalmalıdır.

7.Yaponlar demək olar ki,heç vaxt evlərinə qonaq çağırmirlar."Bizə qonaq gəlin" cümləsinə sadəcə söz gəlişi deyilmiş cümlə kimi baxa bilərsiz.

8.Yaponiyada hər zaman ilk kişiyə qulluq edirlər.Restoranda sifarişi ilk kişi verir.Sifarişi də ilk kişiyə təqdim edirlər.Salamlaşanda da,ilk olaraq kişiylə salamlaşırlar,sonra qadınla.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri