Maraqlı adət-ənənələri sizlər üçün topladım :)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 12
Baxılıb: 3 456
Səs ver:
(səs: 2)
1.Rusiya kosmonavtlarinin belə bir adətləri var.Hər kosmonavta uçuşdan əvvəl mütləq "Səhranin bəyaz günəşi" filmini nümayiş etdirirlər.Bu adətin isə məntiqli bir səbəbi də var.Sözü gedən film,operator işinin etalonu kimi nümayiş etdirilir.Filmin operator işinə əsasən,kosmonavtlara kameralarla işləməyi və çəkiliş planıni düzgün qurmağı öyrədirlər

2.Əvvəllər Çində intiharla qisas alırdılar.Zərərçəkən şəxs,ona pislik edən insanın heyətində özünü öldürürdü.Çinlilər inanırdılarki,intihar edənin ruhu göylərə çəkilmir və pis insanın evində qalaraq ona və ailəsinə bədbəxtlik gətirir.

3.Tailandın Lapburi vilayətində ildə bir kərə təkrarlanan qəribə bir adət mövcuddur.Onlar ibadət etdikləri xrama,2000-dən çox meymunu dəvət edərək onları,minlərlə kiloqram meyvə tərəvəzə qonaq edirlər.Meymunlari bu vilayətdə ona görə çox sevirlər ki,inanclarına görə meymun ordusu Rame tanrısına qələbə çalmağa yardım edib.

4.Yemək yeyərkən ağız marcildatmaq Yaponiyada adı haldır.Onlar düşünürlər ki,əgər siz sakit şəkildə yeyirsinizsə demək yeməyi bəyənmirsiz.

5.Nepalda,Hindistanda,Tailandda insanların başlarına toxunmaq qeyri etik bir davranış sayılır.Yerli adətlərə görə,insanın başı müqəddəsdir və ona ancaq rahiblər və valideynlər toxuna bilər.

6.29 fevralda Irlandiyada qadınlar sərbəst olaraq kişilərə evlənmə təklifi edə bilərlər.Bu adət öz kökünü hələ XI-ci əsrdən götürür,Adətə görə imtina edən kişi,cərimə ödəməlidir.
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 3 456
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri