Cinsi əlaqə zamanı uşağınız sizi görübsə?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 8 447
Səs ver:
(səs: 1)
Valideynlərin düşdüyü ən çətin vəziyyətlərdən biri də yataq otağında uşaqlarına görünməkdir.Cinsi əlaqələri zamanı uşaqları tərəfindən "yaxalanan" ana ataların sayı, təxmin ediləndən çoxdur. Yaxşı, belə bu vəziyyətdə necə davranmaq lazımdır?
Gördüyü mənzərə və əlaqənin nə qədərini gördüyü çox əhəmiyyətlidir. Uşaq, xüsusilə də yaşı kiçiksə, ilk olaraq düşündüyü şey ana və atasının arasında bir şiddət yaşandığı istiqamətindədir ki, bundan ciddi olaraq təsirlənə bilər. Xüsusilə ailədə, cinsəllik rahat danışılan bir mövzu deyilsə və bu mövzuda uşaq, suallarına sağlam cavablar ala bilməmişsə, qarşı-qarşıya qaldığı vəziyyət onda sarsıdıcı bir təsir yaradır.
Necə başa salınmalıdır?
Kiçik yaşdakı uşaqlar, vəziyyətin çox fərqində olmaya bilərlər, amma böyük yaşda olan uşaqlar üçün mütləq başa salmaq lazımdır. Belə bir vəziyyətdə uşağınıza;
1)Birlikdə yatdığınızı
2) Bir-birinizə qucaqlaşıb yatdığınızı
3) Bir-birinizi qucaqlayıb öpdüyünüzü
4)Bəzən soyunaraq yatmaq istədiyinizi və bu şəkildə qucaqlaşaraq yata biləcəyinizi
5) Ancaq bunu yalnız ana və ataların edə biləcəyini izah edə bilərsiniz
Görülə biləcək tədbirlər
1)Uşağınızın mütləq ayrı otaqda yatmasını təmin edərək
2)Kiçik yaşlardan etibarən yataq otağınıza girməməsi lazım olduğunu öyrədərək
3)Cinsiliklə əlaqədar sual soruşmağa başladığı ilk andan etibarən ona, yaşına uyğun bir şəkildə doğru məlumatlar verərək
4) Uşağınızın yanında və gərəksiz yerə cinsi mövzuları danışmayaraq
5) Soruşduğu sualları başqaları deyil,özünüz cavablayaraq həll edə bilərsiniz.

 
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 8 447
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri