Məşhurların seksual həyat sirləri

Müəllif: Sweet Candy
Şərhlər: 2
Baxılıb: 3 924
Səs ver:
(səs: 0)
Bütün dünyanın yaxından izlədiyi, gözəllikləri və uğurlarıyla olduğu qədər xüsusi həyatlarıyla da diqqət çəkən adlardan cinsəllik haqqında tövsiyələr almağa nə deyərsiniz? Angelina Joliedən Eva Mendesə qədər məşhur adların yataq otağı sirlərini bir araya gətirdik.

Açıq sözlü olun
Eva Longoria xoşbəxt bir cinsi həyat üçün açıq sözlü olmanın çox əhəmiyyətli olduğunu düşünür. Məşhur aktrisa “Sevgilinizə yataqda nə istədiyinizi söyləyərkən özünüzü narahat hiss edirsinizsə, səhv kişilə birlikdəsiniz deməkdir. Yataqda xoşbəxtliyi tutmaq üçün hər zaman açıq sözlü olmalısınız” deyir.
Məşhurların seksual həyat sirləri


İçinizdəki pis qızı rəfə qaldırmayın
Hollywoodun qabiliyyətli aktrisalarından olan Angelina Jolie 2011-ci ildə “CBS News”a ciddi bir əlaqədə belə içindəki pis qızı rəfə qaldırmadığını, pis qız tərəfinin hələ müəyyən zamanlarda ortaya çıxdığını söyləmişdi. Bu pis qız oyununun yalnız Brad Pittə və onların cinsi macəralarına aid olduğunu ifadə edərək səmimi şərhlərdə etmişdi.


Sevdiyiniz insanla birlikdə olun
Ən seksual qadınlardan olan Megan Fox bu zamana qədər həyatına yalnız iki kişinin girdiyini söyləyir. Heç bir zaman sevmədiyi biriylə cinsi təcrübə yaşamadığını, bunun əksini düşünmək belə mədə bulandırıcı olduğunu ifadə edir. Məşhur ulduza görə sevdiyiniz adamla yaşayırsınızsa, seks gözəl ola bilər.


Bazar günləri çılpaqlığı
Məşhur müğənni Christina Aguilera həyat yoldaşı Jordan Bratman ilə əlaqələrini necə seksi tutduqlarını bir reportajında açıqlayarkən, Bazar günlərini “Çılpaq Bazar” elan etdiklərini izah etmişdi. 2010-ci ildə ayrılan məşhur cütlüyün bazar ənənəsində evdə yemək bişirməkdən televiziya izləməyə qədər hər hərəkəti çılpaq etmişdi.


Səyahət edin
Gözəl aktrisa Eva Mendes səyahət etmənin özünü daha seksual hiss etdirdiyini söyləyir. “50 əyalətdə də seks etdim. Bunların çoxu gənckən etdiyim səyahətlər əsnasında oldu. Bəlkə də təmiz hava səbəbindən.” Etirafı etmişdi.


Əvvəlcə özünüzü kəşf edin
Gənc aktrisa Taylor Momsen 17 yaşındaykən verdiyi bir reportajda masturbasiya haqqında öz fikrini bildirmişdi. Məşhur ulduz qızların ilk əvvəl özlərini kəşf etmələri lazım olduğunu və yaxşı bir cinsi təcrübə üçün ilk olaraq öz-özlərini təmin etmələrinin əhəmiyyətli olduğunu söyləmişdi.


Seks əsnasında kiçik nəfəslər alın
İngilis müğənnisi Cheryl Cole hər kişinin cinsi əlaqə əsnasında böyük qışqırıqlar yerinə kiçik nəfəs səsləri eşitməyi sevdiyini və bunun onları daha da həvəsləndirdiyini söyləmişdi.
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 3 924
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri