Seksdə xarici təbabət

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 3 317
Səs ver:
(səs: 0)
Aptekdən dərman alırsan? İnan, bundan daha maraqlı yerlər də var. Məsələn, seks-şop. Böyüklər üçün nəzərdə tutulan oyuncaqlar əsl müalicəvi təsirə malikdir. Ən böyük üstünlüyü isə ondan ibarətdir ki, onların, hətta əks-təsirləri belə fayda verir və xoş təsir bağışlayır.

Titrək yar
Vasitə: vibrator.
Nəyi müalicə edir: kiçik çanaq sümüyünün varikoz genəlməsini, ağır aybaşı öncəsi sindromu.[/toggle]
Vibratoru XVIII əsrdə Viktorian dövrünün həkimləri müalicə məqsədilə yaradıblar. O dövrdə heç bir seksuallıq və orqazm haqqında söhbət gedə bilməzdi. O zamanlarda qadınlara masturbasiyadan imtina etmək üçün klitora bir saat ərzində buz qoymaq, tənha kişilərə isə gecə xüsusi halqalar taxma(j məsləhət görülürdü: gecə qeyri-ixtiyari ereksiya baş verərdisə, onun bədbəxt sahibini cərəyan vururdu, bununla da o, pis fikirlərdən azad olurdu.

Vibratorun vəzifəsi qadınları isteriyadan azad etmək idi: o dövrlərdə huşunu itirmənin və göz yaşlarının səbəbini uşaqlıqda görürdülər. Bakirə qız əsəb pozuntularından əziyyət çəkməsin deyə, təbiblər ona bu daxili orqanın massajını təyin edirdilər. Həkim köməyinin keyfiyyəti və əlverişliliyinin artırılması üçün isə bu mexaniki vasitəni icad etdilər. Onun böyük köməyi vardı – getdikcə daha çox sayda qadın özündə isteriya əlamətləri aşkar edir və müalicə tələb edirdi. Nə qədər çox olsa, bir o qədər yaxşıdır! Beləliklə, vaginal orqazm və G nöqtəsindən xəbəri olmayan təbiblər səhvə yol verdilər.

Müasir həkimlər daha çox məlumatlıdırırlar.

Onlar bilir ki, aybaşı öncəsi ağrıların ciddi səbəbi ola bilər: kiçik çanaq nahiyəsinin damarlarının varikoz genəlməsi. Bu, xoşagəlməz xəstəlikdir, damarların elastikliyinin qorunub-saxlanması və profilaktikası üçün həkimlər yataq otağında vibrator saxlamağı məsləhət görür. Həm həzz almaq, həm də sağlamlığın qeydinə qalmaq olar. Elektrik vibrasiyalar damar tonusunu normallaşdırır, qan dövranını yaxşılaşdırır.

Bu alət əməliyyat və doğuşdan sonra uşaqlıq yolunda əmələ gələn yaraların müalicəsində əvəzedilməz köməkçidir. Bu cihazın başına müalicəvi məlhəm çəkib, rahatlanmaq kifayət edir: o, lazımi dərinliyə daxil olub, massaj hərəkətləri ilə dərmanı epiteliyə çəkəcək. Vibratoru əldə etmək aspirin almaq kimi bir şeydir. Əsas odur ki, heç kimə lazım olmayan utancaqlıq hissini kənara atasan. Yeri gəlmişkən, ən yeni məhsullar arasında elə dizayn şedevrləri var ki, onların əsl təyinatının nə olduğunu heç kim anlamayacaq.

Təəccübdən yumurulanmış
Vasitə: vaginal kürəciklər.
Nəyi müalicə edir: uşaqlıq yolunun əzələlərini möhkəmləndirir, qan dövranını stimullaşdırır.[/toggle]
Əgər sənə “qan təchizatı” və “əzələlər” ilham vermirsə, yapon geyşalan və Tailand qızları haqqında olan əfsanələri xatırla. Bəli, bu xanımlar var gücləri ilə əzələlərini bərkidir, bunun sayəsində kişilərə qeyri-adi həzz hissi yaşada bilirdilər (təbii ki, bu zaman özləri də həzz alırdılar). Bu ustalığa vaginal kürəcikləri və inadkarlığı olan hər bir qadın qadirdir.

Bu aksessuarı, təxminən, üç min il bundan əvvəl yaradıblar və o, hələ də populyar olaraq qalır. Əvvəllər bir-birinə birləşən kürəciklərdən birinin içi civə ilə doldurulurdu. Həmin civə hərəkət edərək, ağırlığı daxildə saxlamaq üçün əzələləri reaksiya verməyə və sıxılmağa məcbur edirdi. Hal-hazırda seks sənayesi bizə civəsi olmayan, təhlükəsiz variantlar təklif edir.

Bunun müalicəvi təsirinə gəlincə (əgər sadalananlar səni qane etmədisə), ginekoloqlar kürəcikləri doğuşdan sonra istifadə etməyi məsləhət görür. Bu zaman uşaqlıq yolunun əzələləri gərilmiş və deformasiyaya uğramış olur. Əzələlərin tez və effektiv yığılması üçün kürəcikləri lazım olan yerə yerləşdirmək kifayət edir. Sonra isə adi, gündəlik işlərlə məşğul olmaq, aktiv hərəkətlər etmək olar. Bu zaman kürəciklərin daxildə qalmasına nəzarət etmək lazımdır.

Gözəl əhval bəxş etməkdən əlavə, kürəciklər həm də masaj edir, kiçik çanaq nahiyəsi orqanlarının qan dövranını stimullaşdırır. Daxilində vibrasiya edən mexanizm gizlənmiş vaginal yumurta da analoji effekti verir. Hətta bir-biri ilə birləşən kürəciklərdən ibarət xüsusi zəncirdən də istifadə etmək olar: onlarla məşq edərkən, zənciri çəkmək, bu zaman var gücü ilə kürəcikləri içində saxlamaq üçün əzələləri gərmək lazımdır. Məşqləri mütəmadi olaraq etsən, bonus şəklində çətin tələffüz olunan və xoş təsir bağışlayan miokompression orqazm ala bilərsən. Başqa dillə desək, sadəcə, omba və çanağın daxili əzələlərini sıxmaqla inanılmaz nəticələr əldə edəcəksən, yəni, “partlayış” hiss edə biləcəksən.

Döşünə al
Vasitə: döş gilələri üçün pompa.
Nəyi müalicə edir: libido pozğunluğu və mastopatiyanın qarşısını alır.[/toggle]
Döşün vakuum vasitəsilə massajı onun hissiyatını daha da artırır. Gilələrin hissiyatı isə həzz mərkəzi ilə möcüzəli şəkildə bağlıdır. Əgər düzgün hərəkət etsən, bu cür erotik masaj libidonu yüksəltməyə, frigidliyin bəzi formalarını və cinsi meyilliyin soyumasını aradan qaldırmağa, yox etməyə kömək edəcək. Bundan başqa, döşün oxşanması bizi mastopatiyadan (süd vəzlərinin fibroz dəyişkənliklərindən) da qoruyur. Amma bəzi şeyləri də unutma. Məsələn, pompa-dan istifadə edərkən sürtkünü unutma, əks halda, çatlar əmələ gələ bilər. Yeri gəlmişkən, kişilər üçün vakuum taxmalar da mövcuddur: onlar penisə taxılır və erektil disfunksiyanı müalicə edir.

Mütəxəssis fikri
“Sağlamlığa qulluq hər bir qadının həm özünə, həm ailəsinə qarşı olan vəzifəsi və haqqıdır. Həkimlər tez-tez xəstələrin onlara xoşagəlməz hisslər barədə danışmaması problemi ilə üzləşirlər. Əslində, bu hisslər xəstəliklərin mühüm simptomları ola bilər.

Seks sənayesi məhsulları, məsələn, vibratorlar, vaginal kürəciklər, döş gilələri və penislər üçün nəzərdə tutulan pompalar ənənəvi təbabətdə bəzi xəstəliklərin dərmansız müalicəsi üçün istifadə edilir. Sevindirici haldır ki, cəmiyyətdə mövhumatçılıq azalmaqdadır, bu isə bir çox hallarda (söhbət qeyri-infeksiya xarakterli diaqnozlardan gedir) əlavə dərmanlardan istifadə etməməyə və cərrahi əməliyyatlarsız keçinməyə imkan verir. Bundan başqa, bu vasitələrin istifadəsi sayəsində cinsiyyət və sidik sistemi üzvləri tonusda olur, vaginal əzələlər yığılır və məşq edir, kiçik çanaq nahiyəsində qan dövranı stimullaşdırılır.

İntim istifadə üçün nəzərdə tutulan alətlərin gigiyena və dezinfeksiya məsələlərinə xüsusi diqqət yetirmək lazımdır. Bundan başqa, əzələ yorğunluğunun dərəcəsinə diqqət et və yanında uzanan partnyoru da unutma”.[/toggle]

P.S. Beləliklə, artıq öyrəndin ki, seks-şopa səfərin nəticələri hamının düşündüyündən fərqli ola bilər. Yəni, seks-şopa səfər iynə və dərman istifadəsindən fərqli olaraq, sağlamlığı bərpa və müalicə etməyin daha xoşagələn üsuludur.

Bundan başqa, burada həkimin təyin etmədiyi, amma estetik zövqü olan hər bir insanın layiqincə qiymətləndirə biləcəyi krujevalı paltarlar da satılır. Bunların münasibətlərə təsirini isə bizim sənə izah etməyimizə ehtiyac yoxdur. Sən onsuz da bu barədə məlumatlısan. Odur ki, irəli!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 3 317
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri