Kişilərin sino getdiyi seksual özünəinam

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 4 495
Səs ver:
(səs: 1)
BETHANY HEITMAN
Doğulduğu yer: Memfis, Tennesi
Yaşı: 30
Son rolu: “Vaxt” filmində Will Salas
Romantik statusu: Subay

Kişilərin bir çoxu kimi, 30 yaşlı super ulduz Justin Timberlake də (son dəfə onu keçən ay “Vaxt” filmində görə bildik) özünə güvənən qadınları sevdiyini etiraf edir. Justinin məsləhətlərindən istifadə et. O, söz verir ki, bundan sonra bütün kişilərin sənin üçün ürəkləri gedəcək.

HEÇ NƏYİ VECİNƏ ALMA
“Digər insanların ondan xoşu gəlib-gəlmədiyini vecinə almayan qızlardan çox xoşum gəlir. O özü kimi olmaqdan həzz alır və digər insanlar onu ya olduğu kimi qəbul etməli, ya da onunla heç danışmamalıdır”.

AÇIQ-SAÇIQ ZARAFATLARDAN BOYUN QAÇIRMA
“Yeri gəldikcə özü də açıq-saçıq lətifələr danışan gözəl xanımlardan yaxşı heç nə ola bilməz. Bu hər kişinin gizli fantaziyasıdır”.

ÖZ ÜSLUBUNU BİL
“Yalnız kişilərin xoşuna gəlmək üçün geyinən qadınlar, zənnimcə, itici görünürlər. Mənim daha çox sırf özünə aid üslubu olan və özünü rahat hiss etdiyi paltarlar geyən qızlardan xoşum gəlir”.

YENİ TƏCRÜBƏLƏRƏ AÇIQ OL
“Yeniliklərə daim açıq olan və hər şeyə “mız” qoymayan qızlar,
məncə, çox cəlb edicidir”.

ONUN BOYNUNA AT
“Hər şeyi əvvəlcədən planlaşdırmaq və hər şeyi nəzarət altında saxlamaq istəyən qadınları anlamıram. Hərdən sevgilinə də imkan ver ki, sənə sürprizlər hazırlasın”.

EMOSİONAL OL
“Mənim bir anam artıq var – hər zaman mənə nə edəcəyimi söyləyən sevgili isə istəmirəm. istədiyim tək şey, öz hisslərini göstərməkdən və onlar haqqında danışmaqdan qorxmayan bir qızdır”.

OĞLANLARIN ARASINDA “XANIM” QALMAĞA ÇALIŞ
“Oğlan dostlarıyla zaman keçirərkən onlardan biri olmağa çalışmayan qızları çox bəyənirəm”.

ONA SƏHVLƏRİNİ GÖSTƏR
“Mən inanıram ki, qadınlar kişilərdən daha çox inkişaf edib və daha ağıllıdırlar. Bilirəm ki, kişilər səhv buraxarkən, sən çox hirslənirsən. Amma ona münasibətlərinizdəki buraxdığı səhvləri sakitcə izah etsən, o, dərhal öz səhvlərini düzəltməyə çalışacaq”.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 495
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri