Evlilik həyatında cinsəllik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 615
Səs ver:
(səs: 0)

 

Evlilik əslində bir-birindən fərqli iki insanın paylaşmağa başladığı yeni bir həyat dövrü olaraq qiymətləndirilər. İnsan həyatındakı hər dəyişmə stresə səbəb olar ancaq evlilik kimi köklü dəyişmələrin yeri daha bir fərqli olmaqdadır. Belə düşünün mədəni olaraq ailə həyatı olaraq bir-birindən fərqli iki adamın eyni evi eyni zaman və məkanı paylaşmağa başlamaları həyatınızda nə qədər radikal bir dəyişmədir.

Hələ bir də yoldaşınızla əvvəlində tam tanış olmadığınızı düşünün. Bəlkə də həmişə gözəl saatları paylaşdınız və bir-birinizə göstərmək istədiyiniz üzünüzü göstərdiniz. Gülünəcək şən anları paylaşdınız. Ancaq artıq evlisiniz və iki şəxsiyyət düşünmək məcburiyyətindəsiniz. Bu vəziyyətdə özünüzü məhdudlaşdırılmış kimi hiss etməniz çox təbiidir. Qarşı tərəfin də eyni duyğuları paylaşdığını unutmayın. Bunu belə düşündüyünüzdə qarşılıqlı anlayışla bəzi problemlərin öhdəsindən gələ bilərsiniz.

Yeni həyatınızda dəyişən bir şeydə artıq nizamlı bir cinsi həyatın başlaması. Xüsusilə cəmiyyətimizdə insanların böyük bir əksəriyyəti ilk cinsi təcrübələrini yoldaşları ilə yaşamaqdadırlar. Daha əvvəl etdiyim bir araşdırmada kişilərin 40% ı ilk təcrübələrini öz yoldaşları ilə gerçəkləşdirir. Bu nisbət qadınlarda daha da yüksək çıxmışdı. Bu səbəbdən təcrübəsiz iki insanın bir araya gəlməsi əsasdalıqda səhv bilmələri səbəbiylə bəzi cinsi problemlərdə qarşımıza çıxmaqdadır.

Ən sıx evliliyin ilk günlərində cinsi birləşməyi bacara bilməmə qarşımıza çıxmaqdadır. Bunun təməlində bəzi adətlərində təsiri vardır. Qapıda bəziləri sizdən xəbər gözləyərkən imtahandakı bir gənc kimi performans qayğısı yaşayan və cinsi orqanında sərtləşmə problemi yaşayıb əlaqəyə girməyənlərlə tez-tez qarşılaşmaqdayıq.

Bəzən də cinsi əlaqədə yaşayacağını sandığı üçün özünü həddindən artıq kassan və bu səbəblə əlaqəni bacara bilməyən gənc qızlarla da qarşılaşmır deyilik. Əlaqəyə icazə verməyəcək qədər vajina əzələlərində sıxılma ilə gedən vəziyyətə isə vaginismus deyirik.

Bütün bu vəziyyətlər bəzən özbaşına həll edilə bilər ancaq bəzən də həll olunmayan sadə problemlər ayrılmağa çatacaq naxoş vəziyyətlərlə qarşımıza çıxmaqdadır. Əgər bir ünsiyyət problemini özünüz həll edə bilməyəcəksinizsə problemin həlli üçün bir professionala müraciət etməkdən çəkinməməlisiniz.


Tərcümə etdi: PRETTY_GİRL

 

 

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 615
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri