intimdə tipik problemlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 632
Səs ver:
(səs: 0)




Kişi və qadın münasibətləri zaman keçdikcə öz şəklini dəyişirlər, məsələn – toydan sonra, uşağın doğuluşundan sonra, bir sözlə insanlar yaşad olduqca bu münasibətlər istər-istəməz dəyişir. Əlbəttə ki, dəyişikliklər intimual sferada da olur. Bu isə bütövlükdə, kişi və qadın orqanizminin fizioloji dəyişiklikləriylə, həm də partnyorların münasibətlərindəki psixoloji dəyişikliklərlə əlaqəlidir
Birinci il.
Bu mərhələnin problemi partnyorların bir-birlərinə uyğunlaşmasıdır. Bir qayda olaraq, kişilərdə nikaha giriş yaşı orta hesabla 23-27 yaş olduğundan – bu yaş isə kişinin intimual fəallığının piki sayılır və qadınınkından daha yuxarıdadır, bu isə ikinci problem ola bilər. Birinci il bu böhrandan çıxış isə kişinin təşəbbüskarlığı ilə, qadının qarşılıqlı anlaşması ilə, ailədə olan sınaqlarla, intimual həyatın müxtəlifliyiylə və münasibətlərdə olan romantikayla mümkündür.
Üçüncü il.
Orta hesabla cütlüklər evliliyinin üçüncü ilində uşaqların olması haqqında düşünür və bir qayda olaraq, bu dövrə ilk hamiləlik olur. Obyektiv səbəblərdən intimual fəallıq bir az düşür. Amma bu dövürdə mümkün olan fiziki yaxınlıq haqqında unutmaq lazım deyil. Doğuşdan sonra qadının diqqəti uşağa keçir və əlbəttə ki, bu dövürdə kişinin vəziyyəti tez-tez qeyri-müəyyən olur. Əhəmiyyətli olardı ki, cütlüklər uşağa qarşı təkcə valideyin kimi yox, həm də onların dostu kimi olsunlar və kişinin münasibəti uşağa qadınınkından daha az olmamalıdır. Onda bu dövrün böhranının keçməsi müvəffəqiyyətli hesab edilir və sonrakı hamiləliklər emosional planda daha rahat keçəcəkdir.
30 yaş- böhran yaşı.
Bu dövr kişi tərəfindən intimual fəallığın azalmasıyla səciyyələnir, və intim özü monoton olur. Tədqiqatlara əsasən, aşiqlik dövrü orta hesabla 3-5 il davam edir ki, bu da 30 elə yaşda qurtarır. Bu isə o deməkdir ki, kişi xanımın intimual həyatını çətinləşdirən fiziki natamamlıqlarına fikir verməyə başlamalıdır. Ancaq əsas səbəb isə kişidə bu yaşda testesteronun səviyyəsinin aşağı düşməsi və bu halın isə onu daha sakit etməsinə gətirib çıxarmasıdır. Ancaq qadın əksinə olaraq öz ehtirasını göstərir – o intimual həyatı cürbəcür etməyə və ərinin diqqətini cəlb etməyə çalışır. Bu dövrün əsas böhrandan çıxış yolu münasibətlərə və intim əlaqələrə müxtəliflik əlavə etməkdir.
Yetkinlik.
Bu dövrdə sıxıntı və adilik problemləri getdikcə böyüyür. Tez-tez ər-arvad münasibətlərindən diqqət yenidən böyüyən uşaqlara keçir. Bundan başqa ər-arvadın özünün cəmiyyətdə ictimai durumu dəyişir. Bir qayda olaraq, 35-37 yaşda kişilər gənc qızların diqqətini cəlb edəcək çox şeylərə nail olurlar. Bu dövürdə arvadın ərin ünvanına olan narazılıqları kişidə neqativ emosiyalara səbəb ola bilər ki, bu da ki tez-tez xəyanətə gətirib çıxarır. Bu dövrdə əhəmiyyətli olar ki, aşiqliyin dəyişməsinə yeni hislər gəlsin – qarşılıqlı qiymət və qarşılıqlı hörmət.
45-dən sonra.
Bu dövürdə artıq intimual fəallıq qadının əllərinə keçir. Kişilər isə əksinə, bu yaşda cinsi əlaqədə olmağa həmişə hazır deyillər. Klimakteriya dövürü qadına başqa cür təsir edir, belə ki: qadınların üçdə birində ehiras hissi artır, üçdə biri isə dəyişməz qalır. Bu isə onunla bağlıdır ki, bu yaş dövüründə onlarda qadın hormonlarının əvəzinə kişi hormonu olan testosteron istehsal edilir. Bu dövrdə əhəmiyyətlidir ki, ər-arvad öz yeni intimual rollarını qəbul etsinlər və stereotiplərə görə hərəkət etməsinlər. Əgər qadın intim məsələsində özünü passiv aparmağa davam edəcəksə, o kişi öz partnyoruna xəyanəti provokasiya edəcək. Təəssüf ki, bu nadir rast gəlinən hal deyil, çünki o qədər illər nikahdan sonra hər iki partnyor nəyisə dəyişmək iqtidarında olmurlar.


Redaktə etdi: PURE LOVE


(səs: 0)
Şərhlər: 1
Baxılıb: 4 632
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri